• $
  • €
  • ₽
  • ₺
  • £

Urmiya gölünün ətrafındakı 38 kənd boşaldı

Urmiya gölünün ətrafındakı 38 kənd boşaldı
29.05.2020 06:16
Urmiya gölünün ətrafında 38 kənd boşalıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu Urmiya Universitetinin müəllimi Mirəli Məhəmmədi bildirib. Onun sözlərinə görə, hazırda Urmiya gölünün ətrafında 220 min hektar ərazidə yeraltı suların tarazlığı pozulub: “Bu da şoranlaşmaya gətirib çıxarır. Yaranan duz küləkləri hətta Qəzvin və Tehranı belə təhdid edəcək”.M.Məhəmmədi Urmiya gölünün ətrafındakı kəndlərin boşalmasının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, bunun səbəbi əkin ərazilərinin şoranlaşması və həmin ərazilərin kənd təsərrüfatına yararsız olmasıdır: “Həmin kəndlərin əhalisi işsiz qaldıqları üçün doğma torpaqları tərk etməyə məcbur olub”.Urmiya Universitetinin müəllimi deyib ki, gölün qurumasının qarşısını almaq üçün praktiki və inzibati işlər davam etdirilməlidir: “Çünki Urmiya gölü Qərbi və Şərqi Azərbaycan, Kürdüstan vilayətləri ilə yanaşı, İranın ən böyük daxili drenaj hövzələrindən biridir”.M.Məhəmmədi vurğulayıb ki, hazırda bölgədə kəskin quraqlıq və suyun həddindən artıq istifadə olunması səbəbindən Urmiya gölündə suyun səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb: “Ümumilikdə davamlı quraqlıq, iqlim dəyişikliyi, illik yağıntının azalması, əkin sahələrinin artması, bəndlərin tikintisi, ildə 24 milyard kubmetr suyun hövzəyə axmaması və yer kürəsinin temperaturunun 1.5 dərəcə artması Urmiya gölünün qurumasının əsas səbəblərindəndir. Urmiya gölü mədəni irs və dəyər, insan kapitalı və yaşayışının bir hissəsi, bölgə camaatı üçün həyati ehtiyacdır. Bununla belə hesab edirəm ki, planlaşdırma və işçi qrupu qrupu yaratmaqla Urmiya gölünün ekosistemini dirçəltmək olar”. Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol