Gürcüstanın keçmiş müdafiə naziri 5 il 3 ay müddətinə həbs olunub
Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.
Amnistiyanın tətbiqi ilə həbs cəzası 5 il 3 ay müəyyən edilib.
Sabiq nazir 2004-cü ildə törədilmiş 19 yaşlı Buta Robakidzenin qətli ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Okruaşvili həmin dövrdə Gürcüstanın daxili işlər naziri vəzifəsini tutub.