• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Litva sabahdan Belarusla sərhədi açır


Litva sabahdan Belarusla sərhədi açır
19.11.2025 17:23

Litva hökuməti Belarusla sərhəddə oktyabrın sonundan bəri müvəqqəti bağlanan iki keçid məntəqəsinin vaxtından əvvəl açılması barədə qərar qəbul edib.

Bu barədə Litva mediası məlumat yayıb.

Söhbət “Medyininkay” (qarşı tərəfdə “Kamenniy Loq”) və “Şalçinininkay” (qarşı tərəfdə “Benakonı”) sərhəd-keçid məntəqələrindən gedir. Hər iki məntəqə sabah — 20 noyabr tarixindən etibarən fəaliyyətini bərpa edəcək.

Litvanın daxili işlər naziri Vladislav Kondratoviç hökumət iclasında bildirib ki, Milli Təhlükəsizlik Komissiyasının qəbul etdiyi qərarlar mövcud şəraitin dəyişdiyini göstərir.

“29 oktyabr 2025-ci ildə tətbiq edilən sərhədi keçmə məhdudiyyətlərinin artıq daxili təhlükəsizliyin təmin olunması üçün zəruri olmadığı müəyyən edilib. Bu səbəbdən həmin məhdudiyyətlərin ləğvi məqsədəuyğundur”, - daxili işlər naziri bildirib.

Bundan əvvəl Litvanın Baş naziri İnqa Ruqinene açıqlayıb ki, Milli Təhlükəsizlik Komissiyası bu iki keçid məntəqəsinin açılmasını tövsiyə edib. Onun sözlərinə görə, sərhədin fəaliyyətə hazırlanması bir gün vaxt tələb edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Zelenski razılaşdırılmamış iki əsas məsələni müzakirə edəcəklər
Dünya 10:59
Tramp və Zelenski razılaşdırılmamış iki əsas məsələni müzakirə edəcəklər
Avropa İttifaqının Ukrayna ilə bağlı sülh planı açıqlanıb
Dünya 23:50
Avropa İttifaqının Ukrayna ilə bağlı sülh planı açıqlanıb
İsrail ordusu "Hizbullah"ın baş qərargah rəisini zərərsizləşdirib
Dünya 23:10
İsrail ordusu "Hizbullah"ın baş qərargah rəisini zərərsizləşdirib
Cenevrədə sülh planı üzrə ABŞ-Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb
Dünya 21:40
Cenevrədə sülh planı üzrə ABŞ-Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb
Ərdoğanla Putin arasında telefon danışığı olacaq
Dünya 18:07
Ərdoğanla Putin arasında telefon danışığı olacaq
Vnukovo hava limanı bütün uçuşları dayandırıb
Dünya 13:20
Vnukovo hava limanı bütün uçuşları dayandırıb
İran Quru Qoşunlarına yeni komandan təyin olunub
Dünya 11:50
İran Quru Qoşunlarına yeni komandan təyin olunub
Vyetnamda daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı 90-a çatıb
Dünya 09:47
Vyetnamda daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı 90-a çatıb
Trampın sərvəti 1,1 milyard dollar azalıb
Dünya 09:30
Trampın sərvəti 1,1 milyard dollar azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol