Gürcüstanda bütün seçkilərdə səsvermə ölkə daxilində keçiriləcək
Gürcüstanda parlament seçkiləri ilə yanaşı plebisit və referendum üzrə səsvermə də dövlət sərhədləri daxilində keçiriləcək. Bununla bağlı ölkənin Seçki Məcəlləsinə təklif olunan düzəlişlərin parlamentdə müzakirəsinə başlanılıb.
Layihəyə əsasən, məcəllədə “bütün Gürcüstan ərazisində” frazası “Gürcüstanın dövlət sərhədləri daxilində” sözləri ilə əvəzlənəcək.
Qanun layihəsində qeyd olunub ki, Gürcüstan vətəndaşları parlament seçkiləri, plebisit və refendumda ölkə hüdudlarından kənarda səsvermə hüquqlarından istifadə edə bilməyəcəklər.