Parisdə 170 mindən çox ev və metro işıqsız qalıb
Fransanın paytaxtı Parisdə elektrik təchizatının kəsilməsi ilə əlaqədar 170 mindən çox ev, həmçinin şəhər metropoliteni işıqsız qalıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Fransanın elektrik şəbəkəsi “Enedis” şirkətinin bəyanatına görə, yerli vaxtla saat 06:38-də qeydə alınan nasazlıq səbəbindən metro və şəhərətrafı qatar xətləri fəaliyyətini dayandırıb və təsirlənən ərazilərdə enerji təchizatının bərpası üzərində iş aparılır.