Zelenski Pentaqon nümayəndələri ilə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ordu naziri Den Driskoll və bir neçə amerikalı generalın təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.Bu barədə "RBK-Ukrayna" mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, tezliklə daha geniş formatda növbəti görüş başlayacaq. Görüşdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da iştirak edəcək.