• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan nurçuları günahlandırdı

Ərdoğan nurçuları günahlandırdı
28.05.2020 21:55
 Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə bu gün səhər həyata keçirilən həbslərə dolayı yolla münasibət bildirib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan Konya şəhərində İdman və Konqres Mərkəzinin açılışında yerli əhali qarşısında çıxış edərkən ad çəkmədən son polis əməliyyatında nurçuları günahlandırıb. “İstədikləri qədər çirkin yollara baş vursunlar, Türkiyədə söz millətindir, qərar millətindir, səlahiyyət millətindir. Haqdan və haqq mücadiləsindən vaz keçməyəcəyik”, deyə o, söyləyib.   Baş nazir heç bir təhdidə boyun əyməyəcəklərini bildirib: “Arxasında çetelər olan qüvvələr bu millətə istiqamət verə bilməz. Türkiyə, üzərində əməliyyat aparılacaq ölkə deyil. Kimin nə haqq-hesabı varsa, 30 martda seçki keçiriləcək, seçkiyə girsinlər, millətlə orada görüşsünlər. Seçkidən kənarda haqq-hesab çəkmək istəyənlərə nə millət, nə də biz icazə verərik. Türkiyə banan respublikası deyil, çiynənəcək qəbilə dövləti deyil. İçəridən və kənardan kimsə mənim ölkəmi qarışdıra bilməz, mənim ölkəmə çirkin tələlər qura bilməz. Birilərinin topu, tüfəngi, hiyləsi varsa, bizim də Allahımız var, o, bizə yetər”.Qeyd edək ki, Türkiyədə son vaxtlar Ədalət və İnkişaf Partiyası (AKP) ilə “Fətullah Gülən camaatı” adlandırılan nurçular arasında münasibətlər gərginləşib. Hökumət əksəriyyəti nurçu iş adamlarına məxsus olan və “dersane” (dərsxana) adlandırılan ali məktəblərə hazırlıq kurslarını bağlamaq qərarını verdikdən sonra iki tərəf arasında münasibətlər kəskinləşib. Bu gün aralarında 3 nazir övladının da olduğu bir sıra şəxslərin rüşvət və korrupsiya ittihamı ilə həbsi nurçuların hökumətə cavab zərbəsi kimi qiymətləndirilir. Belə ki, son illər Türkiyənin hüquq-mühafizə sistemində nurçuların mövqeyi xeyli möhkəmlənib. Polis, prokurorluq və məhkəmə orqanlarında qərarların qəbulunda onların ciddi rolu var. Nazir övladlarının həbsinə cəsarət etməsi bu qüvvənin qüdrətindən xəbər verir. AKP hökumətinin “Gülən camaatı”na cavabını Türkiyədə hər kəs maraqla gözləyir...        ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol