• $
  • €
  • ₽
  • ₺
  • £

Snouden “əlindəki bombaları” partlatmağa hazırlaşır

Snouden “əlindəki bombaları” partlatmağa hazırlaşır
28.05.2020 22:13
Vaşinqton Moskvaya sığınan ABŞ kəşfiyyatının keçmiş əməkdaşını yalnız bir şərtlə əfv etməyə razıdırABŞ-da xüsusi xidmətlərin keçmiş əməkdaşı Edvard Snoudeni əfv etmək barədə müzakirələr aparılır.  ABŞ mənbələrinə istinadən yayılan xəbərlərdə bildirir ki, əvəzində ondan əlindəki sənədləri açmamaq tələb edilir. Məlumata görə, Snoudenin indiyə kimi açdıqları əlində olanlarla müqayisədə çox azdır. ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) sözçüsü Rik Legget deyib ki, Snouden amnistiya qarşılığında daha mətbuata məlumat ötürməyəcəyi ilə bağlı zəmanət verilməlidir.Rik Legget daha sonra bildirib ki, MKİ-nin sabiq əməkdaşı digər gizli sənədlərin qorunmasını üzərinə götürərsə amnistiyanın şərtləri yüksək olacaq.Milli Təhlükəsizlik Agentliyi açıqlayıb ki, hazırda mətbuatda getməyən 1,5 milyon gizli sənəd hələ də Snoudenin əlindədir.Hələ bu dünyanı qarışdıran qalmaqal yarananda Snouden Amerika hökumətinə müraciət göndərərək əfv olunmasını istəmişdi. Ağ Ev və ABŞ Senatının kəşfiyyat komitəsi Snoudeni əfv etməkdən imtina etmişdi. Rəsmi Vaşinqton hesab edirdi ki, Snouden məlumatları mətbuata ötürməklə ölkəyə böyük zərbə vurub və buna görə cavab verməlidir. Edvard Snoudenin atası demişdi ki, əgər məhkəmə prosesi başlayanadək oğlunu həbs etməsələr, onda vətənə dönər.Keçmiş kəşfiyyatçının atasının qənaətincə, oğlu başqa qüvvələrin, o cümlədən «Wikileaks» təsiri altında olub.Qeyd edək ki, avqustun 1-də Rusiya Snoudenə bu ölkədə qala bilməsi üçün 1 illik sığınacaq verilib. Ona həm də Moskvada yaşayış qeydiyyatına düşməsinə icazə verilib. Rusiyanın onun ekstradisiyası haqqında ABŞ-ın müraciətini rədd etməsi, Vaşinqtonla Moskva arasında münasibətlərdə bir müddət  gərginlik yaratmışdı.  Xatırladaq ki, Snoudenin yaydığı sənədlərdə ABŞ-ın bir çox ölkələrdə qurduğu stansiyalarda Almaniyanın baş naziri Angela Merkelin və bir sıra Avropa liderlərinin, o cümlədən beynəlxalq təşkilatların rəhbərlərinin  mobil telefonlarının izləndiyi barədə sensasion material da var idi. ABŞ bu qalmaqalı  yumşaltmaq istəyərək belə bir dinləmələrin təhlükəsizlik məqsədi ilə olduğunu etiraf etmək zorunda qaldı. ABŞ-ın yenidən əfv məsələsini gündəmə gətirməsi və şərt kimi əlində olan materialları yaymamasını irəli sürməsi Vaşinqtonun ciddi narahatlığından xəbər verir. Görünür, indi əsas məqsəd Kremlin əlinə keçmiş həmin materialların yayılmasının qarşısını almaqdır. Snouden hazırda Moskvada yaşasa da, onun ünvanı gizli saxlanılır. Avqustdan sonra yalnız bir dəfə Rusiya televiziyasının efirində görünən Snouden qısa açıqlama verib.  Snouden ABŞ-ın Şimali Karolina və Merilend ştatlarında böyüyüb. Britaniyanın “Guardian” qəzetinə verdiyi müsahibədə məktəbi bitirmədiyini və Merilend ştatında ictimai kollecdə kompyüter texnologiyalarını öyrənib diplom aldığını deyib.  Snouden 2004-cü ilin mayında ordunun ehtiyat hissəsinə yazılıb, lakin hərbi təlim zamanı ayağını sındırdığı üçün hərbi karyerasını başa çatdırmayıb.ABŞ-ın Milli Təhlükəsizlik agentliyinin Merilend Universitetindəki bir obyektdə mühafizəçi kimi işə başlayıb. Kompyüter proqramlaşdırılması sahəsində istedadı onun Mərkəzi Kəşfiyyat Agentliyində təhlükəsizlik məsələləri üzrə mütəxəssis kimi işə düzəlməsinə kömək edib. Mərkəzi Kəşfiyyat Agentliyi onu diplomatik post adı altında xüsusi missiya ilə İsveçrədə, Cenevrədə yerləşdirib. Mərkəzi Kəşfiyyat Agentliyi bu məlumatları nə təsdiq, nə də təkzib edib.Snoudenin müxbirlərə ABŞ kəşfiyyatının gizli izləmə proqramları haqda məlumatları açıqladığı zaman şirkətdə üç aydan az bir müddət çalışdığını bildirib. Britaniyanın “The Guardian” qəzeti ilə sıx əməkdaşlıq edən Snouden bu mətbu orqan  tərəfindən 2013-cü ilin adamı elan edilib. Snouden öz rəqiblərini kəskin fərqlə qabaqlayaraq birinci yeri tutub, 1445 oxucu ona səs verib. "Yeni Müsavat" qəzeti
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol