• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada miqrantlara güzəşt

Rusiyada miqrantlara güzəşt
29.05.2020 01:15
Rusiyada gələn ilin əvvəlində ölkədə yaşamasına icazə verilməsi üçün miqrantlardan götürüləcək imtahanlarda keçmiş SSRİ ölkələrindən gələnlərə xüsusi güzəştlər olunacaq. Bunu APA-ya açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev deyib. İ.Hacıyev qeyd edib ki, bu barədə onlara ötən gün ölkə rəsmiləri və Dövlət Dumasının deputatları ilə keçirilən görüşdə bildirilib. Miqrantlardan götürüləcək imtahanların əsasən rus dili və Rusiyanın qısa coğrafiyası, tarixi barədə olacağını bildirən İ.Hacıyev deyib ki, postsovet ölkələrindən gələn miqrantlara ediləcək güzəştlərin səbəbi onların əksəriyyətinin yuxarıda tələb olunanlar barədə onsuz da məlumatlı olmasıdır: “Çünki biz iki əsrə qədər eyni imperiyanın, dövlətin tərkibində yaşamışıq və tarixi yaxınlıq kifayət qədərdir. Bu da həmin ölkələrdən gələn miqrantların Rusiya və rus dili haqqında yaxından məlumatlı olmasına əsas verir. Ona görə də bu imtahanlar bunlardan formal olaraq götürüləcək”. Bununla bağlı qanunun Rusiyada gələn ilin əvvəlindən tətbiq olunacağını deyən ÜAK rəhbəri bildirib ki, imtahanların konkret sualları gələn ili əvvəlində müəyyən olunacaq. O həmçinin deyib ki, bu qaydalar qüvvəyə minənə qədər və ondan sonra gəlib ölkədə işləyən bütün miqrantlara aiddir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol