• $
  • €
  • ₽
  • ₺
  • £

Livanda Hizbullah lideri öldürüldü

Livanda Hizbullah lideri öldürüldü
29.05.2020 01:12

Livanın paytaxtı Beyrut yaxınlığında Hizbullah- şiə üsyançı qruplaşmanın liderlərindən biri öldürülüb, qruplaşmanın məlumatında deyilir.

Hassan Lakkis paytaxtın cənub şərqində 7 kilometr uzaqlıqda yerləşən Hədəs vilayətində evinin yaxınlığında “öldürülüb", Hizbullah TV kanalı Al-Manar bildirib.

Qruplaşma ölümə görə İsraili günahlandırıb. Israil rəsmiləri isə məsələ ilə bağlı açıqlama verməyib.

Hadisə, Hizbullah lideri Hassan Nasrallah-ın ötən ay Beyrutdakı İran səfirliyinin bombalanmasının arxasında Səudiyyə Ərəbistanının dayandığını açıqlamasından sonra baş verib.

Hizbullahın əsas dəstəkçisi olan İran Suriyaya Bəşər Əl- Əsəd hökümətinə yardım üçün hərbçilər göndərib.

Suriya konflikti qonşu ölkədə də təriqətçi gərginliyinə səbəb olub.

Hizbullah TV kanalında yayımlanan açıqlamada deyilir ki, Lakkis gecə yarısı işdən evə qayıdarkən öldürülüb.

Qruplaşma bildirib ki, İsrail bir neçə dəfə də öldürməyə çalışsa da, uğursuzluqla üzləşib.

BBC müxbiri Jim Muir bildirib ki, Lakkis ictimaiyyətə az tanınsa da, Hassan Nasrallahın yaxını olub.

Livan təhlükəsizlik rəsmiləri bildirib ki, yerdə uzanmış silahlı şəxslər Lakkisin maşınından endiyini görən kimi ona güllə atıb, Associated Press məlumat yayıb.

Adını bildirmək istəməyən rəsmi deyib ki, Lakkis çoxlu yaşayış evlərinin arasında maşın saxlama ərazisində vurulub. O, yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, bu səhər yaralara görə vəfat edib.

Hizbullah və ya "Allahın Partiyası" - Livanda əsasən şiə müsəlmanlarına aid güclü siyasi və hərbi təşkilat sayılır.

BBC Azərbaycan

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol