Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və regional məsələləri müzakirə ediblər.
Ərdoğan bildirib ki, Ankara ilə İrəvan arasında normallaşma prosesi birbaşa ticarətin başlanmasına yönəlmiş addımlarla davam edir. O, həmçinin Türkiyənin regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərini davam etdirdiyini və bu istiqamətdə atılacaq addımları dəstəkləməyə hazır olduğunu vurğulayıb.