• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Hakan Fidanla görüşüb

Putin Hakan Fidanla görüşüb
17.06.2026 22:36

Rusiya Prezidenti Vladimir Putin Rusiya–ASEAN sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Görüş Tatarıstanın paytaxtı Kazanda yerləşən Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrında keçirilib. Həmin məkanda daha əvvəl sammit iştirakçısı olan nümayəndə heyətlərinin rəhbərlərinin rəsmi qarşılanma mərasimi təşkil olunmuşdu.

Putin görüş zamanı Rusiya ilə Türkiyə arasında münasibətlərin inkişaf etdiyini bildirib.

“Ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Əlaqələrimiz artıq formal çərçivədən kənara çıxaraq dostluq xarakteri daşıyır”, – Rusiya prezidenti deyib.

Putin əlavə edib ki, münasibətlərin bu səviyyəyə çatmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu böyükdür. O, həmçinin Türkiyə liderinə salamlarını çatdırmağı xahiş edib.

Fidan isə Ərdoğanın salamlarını Putinə çatdıraraq beynəlxalq gündəlikdə çoxsaylı məsələlərin olduğunu vurğulayıb.

“Müzakirə etməli olduğumuz çoxlu məsələlər var”, – Türkiyənin xarici işlər naziri bildirib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol