• $
  • €
  • ₽
  • ₺
  • £

Xameneinin üç oğlu vida mərasimində - Yenilənib

Xameneinin üç oğlu vida mərasimində - Yenilənib
05.07.2026 15:14

İranın mərhum Ali Lideri Ayətullah Əli Xameneinin Tehranda keçirilən vida mərasimində onun ailə üzvləri də iştirak ediblər.

İran dövlət televiziyasının yaydığı görüntülərdə Xameneinin oğulları Mustafa, Məsud və Meysəmin cənazə üzərində keçirilən mərasimdə yer aldığı əks olunub. İRİB-in məlumatına görə, Xameneinin Hoda və Büşra adlı iki qızı olub. Məlumata əsasən, Büşra atası ilə birlikdə həlak olub.

Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, hazırkı Ali Lider Müctəba Xamenei vida mərasimində iştirak etməyib. Məlumata əsasən, onun təhlükəsizlik səbəbindən ictimaiyyət qarşısına çıxmadığı bildirilir.

***

İranın sabiq Ali Lideri ayətullah Əli Xamenei ilə vida mərasimi davam edir.

Tehranda keçirilən vida mərasimində İran rəsmiləri, din xadimləri və minlərlə insan iştirak edib.

Vida mərasimləri iyulun 3-də başlayıb təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də davam etdiriləcək.

Rəsmilərin məlumatına görə, Əli Xameneinin cənazəsi iyulun 8-də İraqa aparılacaq, iyulun 9-da isə vəsiyyətinə uyğun olaraq İranın Məşhəd şəhərində dəfn ediləcək.

86 yaşlı Əli Xamenei fevralın 28-də Tehranda həyata keçirilən aviazərbə nəticəsində həlak olub.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol