• $
  • €
  • ₽
  • ₺
  • £

Makron Suriyada rəsmi səfərdədir

Makron Suriyada rəsmi səfərdədir
06.07.2026 23:36

Fransa Prezidenti Emmanuel Makron Suriyanın paytaxtı Dəməşqdə rəsmi səfərdədir.Bu barədə xarici media xəbər verir.

Makron səfər zamanı Suriyanın keçid hökumətinə dəstəyini ifadə edərək, ölkənin suverenliyi, ərazi bütövlüyü və plüralist inkişafına dəstəyini vurğulayıb. O, həmçinin Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsi üçün yeni mərhələnin başlanmasına çağırış edib.

"Fransanın suveren, vahid, plüralist və qonşuları ilə sülh şəraitində yaşayan Suriyanın qurulması yolunda Suriya xalqına dəstəyini bir daha təsdiqləmək üçün buradayam. Gəlin birlikdə regionda sülh və sabitliyin yeni səhifəsini açaq", – Makron bildirib.

Fransa Prezidenti Suriyanın regionda gərginliyin azaldılmasına töhfə verəcəyinə ümid etdiyini də qeyd edib.

Makronu Dəməşq Beynəlxalq Hava Limanında Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani qarşılayıb. O, daha sonra Suriya Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparmaq üçün Prezident Sarayına yollanıb. Səfərdə Makronu Suriyanın müharibədən sonrakı bərpası və yenidən qurulması ilə bağlı keçiriləcək dəyirmi masada iştirak edəcək fransız şirkətlərinin nümayəndələrindən ibarət heyət müşayiət edir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol