• $
  • €
  • ₽
  • ₺
  • £

Neapol yaxınlığında 4,7 bal gücündə zəlzələdən sonra 60-a yaxın afterşok qeydə alınıb

Neapol yaxınlığında 4,7 bal gücündə zəlzələdən sonra 60-a yaxın afterşok qeydə alınıb
01.08.2026 10:54

İtaliyanın Neapol şəhəri yaxınlığındakı Flegrean Fields (Campi Flegrei) vulkanik bölgəsində 4,7 bal gücündə zəlzələdən sonra seysmik aktivlik davam edir.

ANSA agentliyinin məlumatına görə, əsas zəlzələ son 40 ildə bölgədə qeydə alınan ən güclü yeraltı təkan olub. Həmin vaxtdan bəri seysmoloqlar təxminən 60 afterşok qeydə alıblar. Onların əksəriyyəti zəif olub, ən güclüsü isə səhər saatlarında baş verən 3,1 bal gücündə zəlzələ olub. Təkanlar Pozzuoli, Bacoli və Neapolun bəzi rayonlarında hiss edilib.

Rəsmi məlumata görə, ölən yoxdur. Bacoli şəhərinin meri Josi Gerardo Della Rajone bəzi qayaların qopması və binalardan suvağın tökülməsi halları qeydə alınsa da, aparılan yoxlamalar nəticəsində yaşayış üçün yararsız bina aşkarlanmadığını bildirib.

Bununla belə, yerli KİV-lər 20-40 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını iddia edir. Bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Yanğınsöndürənlər və xilasedicilər təhlükəsizlik yoxlamalarını davam etdirirlər. Gecə ərzində Sanino küçəsindən 18 ailə, San Vitaliano küçəsindən isə 4 ailə ehtiyat tədbiri olaraq təxliyə edilib.

Zəlzələdən sonra Pozzuoli limanının fəaliyyəti dayandırılıb. Dənizçilik orqanları qayalı sahil ərazilərinə girişin məhdudlaşdırılmasını planlaşdırır.

Neapol prefekturası vəziyyəti qiymətləndirmək üçün bələdiyyə rəhbərləri, mülki müdafiə, polis və xilasetmə xidmətlərinin iştirakı ilə fövqəladə koordinasiya iclası keçirib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran səfiri Küveyt XİN-ə çağırılıb
Dünya 20:06
İran səfiri Küveyt XİN-ə çağırılıb
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 18:42
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
Dağıstanda iki sabiq nazir saxlanılıb
Dünya 13:56
Dağıstanda iki sabiq nazir saxlanılıb
“Beşiktaş” – “Hapoel Beer-Şeva” matçında insident: polis azarkeşlərə müdaxilə edib
Dünya 22:40
“Beşiktaş” – “Hapoel Beer-Şeva” matçında insident: polis azarkeşlərə müdaxilə edib
“Caribbean Princess” kruiz gəmisində 268 nəfər norovirusa yoluxub
Dünya 22:11
“Caribbean Princess” kruiz gəmisində 268 nəfər norovirusa yoluxub
Estoniya xarici işlər naziri Bakıya səfər edəcək
Dünya 18:55
Estoniya xarici işlər naziri Bakıya səfər edəcək
Küveytdə PUA hücumunda 2 İtaliya vətəndaşı həlak olub
Dünya 18:36
Küveytdə PUA hücumunda 2 İtaliya vətəndaşı həlak olub
Serbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək
Dünya 18:06
Serbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək
Serbiyada növbədənkənar prezident seçkilərinin tarixi bilinib
Dünya 15:59
Serbiyada növbədənkənar prezident seçkilərinin tarixi bilinib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol