Kamçatkada 5,4 maqnitudalı zəlzələ olub
Kamçatka (Rusiya) sahillərinin akvatoriyasında 5,4 maqnitudalı zəlzələ baş verib.
Bu barədə ölkənin Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialı məlumat yayıb.
"İlkin qiymətləndirməyə görə, Petropavlovsk-Kamçatskidə intensivlik üç bal təşkil edib", - məlumatda bildirilib.
Episentr Petropavlovsk-Kamçatskidən təxminən 94 kilometr aralıda yerləşib. Zəlzələ ocağı 44 kilometr dərinlikdə olub.