• $
  • €
  • ₽
  • ₺
  • £

Nikol Paşinyana Hessen Sülh Mükafatı veriləcək

Nikol Paşinyana Hessen Sülh Mükafatı veriləcək
20.08.2026 12:18

 

Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə görə Hessen Sülh Mükafatına layiq görülüb. Bu barədə ölkənin Almaniyadakı səfirliyi məlumat yayıb. 

Mükafat Paşinyana sentyabrın 18-də Almaniyanın Visbaden şəhərində Hessen Federal Ştat Parlamentində keçiriləcək mərasimdə təqdim olunacaq.

25 min avro məbləğində olan mükafat Paşinyanın demokratik islahatlar, Ermənistanın Avropa İttifaqına yaxınlaşması və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində fəaliyyətinə görə veriləcək.

Mükafatın təşkilatçıları Paşinyanın Azərbaycanla sülh prosesində əldə olunan irəliləyişdə rolunu xüsusi qeyd ediblər.

Hessen Sülh Mükafatı 1994-cü ildən Albert Osvald Fondu tərəfindən təqdim olunur. Mükafat müharibə və zorakı münaqişələrin qarşısının alınması, sülhün təşviqi və xalqlar arasında qarşılıqlı anlaşmaya töhfələrə görə verilir.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol