• $
  • €
  • ₽
  • ₺
  • £

Vladimir Putindən Avrasiya Parlamenti anonsu

Vladimir Putindən Avrasiya Parlamenti anonsu
29.05.2020 12:02

Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının parlamentinin yaradılması ideyasını dəstəkləyib. Modern.az saytı bildirir ki, Kremldə ötən həftə Rusiya siyasi partiyalarının rəhbərləri ilə keçirlən görüşü zamanı V. Putin bildirib ki, bu təşəbbüslə bağlı Avrasiya İttifaqı ideyası üzrə əməkdaş olan ölkələrlə müzakirələr aparılıb. 

“Biz Avrasiya İttifaqının parlament orqanının yaradılmasını tam dəstəkləyirik. Ancaq bununla bağlı bizim tərəfdaşlarla razılığa gəlmək lazımdır-deyə Putin vurğulayıb. 

Rysiya prezidenti qeyd edib ki, bu yöndə mövqelər birmənalı deyil. “Bəzi tərəfdaşlar deyirlər ki, hələ tezdir və bunu indi yaratmaq parlamenti “ölü doğulan uşağa” çevirəcək. Mənə elə gəlir ki, bu istiqamətdə irəliləmək lazımdır. Bunu səliqə-sahmanlı, tərəfdaşlarımızla razılaşdıraraq edəcəyik”-deyə Putin vurğulayıb. 

Xatırladaq ki, Rusiya Dövlət Dumasında MDB ölkələri üzrə komitənin rəhbəri Leonid Slutski hələ ötən il bu təkliflə bağlı aparılan danışıqlar prosesinə parlamentin yaradılması ideyasının daxil olunmasınınvacibliyini bildirib.

“Avrasiya inteqrasiyası üçün aparılan danışıqlarda Avrasiya Parlamentinin yaradılması əsas danışıqlar predmeti olmalıdır”-deyən Slutski xatırladıb ki, 2015-ci ildə yaradılacaq Avrasiya İqtisadi İttifaqı özü ilə ciddi yenidənqurma və parlamentlərarası dialoqu vacib edəcək.

Rusiya ekspertləri hesab edirlər ki, gələcək inteqrasiyanın qanunvericilik bazasının hazırlanması və yaradılması mühümdür və bunun üçün danışıqlar aparılmalıdır. 

Artıq yeni parlamentin yerləşəcəyi məkanın da adı çəkilir. Avrasiya Parlamentinin Sankt-Peterburq və Qazaxıstanın paytaxtı Astana şəhərlərində yerləşə biləcəyi vurğulanır. 

Qeyd edək ki, “Avrasiya İttifaqı”adlanan layihə vahid siyasi, iqtisadi, hərbi, humanitar, mədəni məkanı bölüşən dövlətlərin konfedrativ birliyi kimi nəzərdə tutulur. Vladimir Putin bu təklifi 2011-ci ildə səsləndirib və keçmiş SSRİ respublikarının bu birlikdə görmək istədiyini açıq jestlə nümayiş etdirib. Onun bu təklifi birmənalı qarşılanmayıb. Siyasi müşahidəçilər bunu Putinin SSRİ-nin bərpa edilməsi üçün cəhd kimi qiymətləndirirlər.

Putin ötən ilin sonlarında müvafiq təkliflə Azərbaycana da müraciət edib.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol