Norveçin səfiri Rusiya XİN-ə çağırılıb
Norveçin Rusiyadakı səfiri Heidi Olufsen “Professor Molçanov” gəmisinin saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.Bu barədə Rusiya XİN-in saytında yayılan bəyanatda bildirilib.
Məlumata görə, Rusiya tərəfi gəminin saxlanılması ilə bağlı Norveçə etirazını bildirib və onun azad edilməsinə çalışacağını bəyan edib.
Rusiya XİN-in iddiasına görə, “Professor Molçanov” Şimali Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsinə məxsusdur və “Arktikuqol” trestinin əməkdaşları ilə alimlərin Murmanskdan Rusiyanın Barentsburq qəsəbəsinə çatdırılması üçün planlı reys həyata keçirib.
Son xəbərlər
Daha çox