Çində zəlzələ olub

Çinin şimal-qərbində, Tsinxay əyalətində 5,2 maqnitudalı zəlzələ baş verib.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar sentyabrın 4-də yerli vaxtla saat 01:04-də Tsinxay əyalətinin şimalında qeydə alınıb.
Zəlzələnin episentri Dunxuan şəhərindən 272 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində ölən və xəsarət alan olmayıb, dağıntı barədə məlumat daxil olmayıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















