• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyatlarda 1 613 şübhəli saxlanılıb

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyatlarda 1 613 şübhəli saxlanılıb
14.09.2026 23:49

Türkiyədə cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyatlar çərçivəsində 1 613 şübhəli saxlanılıb.Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında məlumat verib.

Gürlek bildirib ki, ölkə üzrə 78 Baş Prokurorluğun koordinasiyası ilə 151 əməliyyat keçirilib və ümumilikdə 2 594 şübhəli barədə hüquqi tədbir görülüb. Onlardan 1 613-ü saxlanılıb, 618 nəfər barəsində isə axtarış qərarı verilib.

Əməliyyatlar zamanı 199 odlu silah, 9 039 patron və mərmi, iki əl qumbarası, 10 520 sintetik narkotik vasitə və narkotik həb, həmçinin 37,25 kiloqrama yaxın narkotik maddə aşkarlanaraq götürülüb.

Nazirin sözlərinə görə, araşdırmalar zamanı cinayətkar qruplaşmaların 26,9 milyard türk lirəsi həcmində maliyyə dövriyyəsi müəyyən edilib.

Bundan başqa, 408 bank hesabı, 35 daşınmaz əmlak, 31 nəqliyyat vasitəsi və 10 şirkətə qarşı müsadirə tədbiri tətbiq olunub.

Gürlek bildirib ki, əməliyyatlardan yayınan şübhəlilərin saxlanılması və araşdırmaların davam etdirilməsi istiqamətində tədbirlər görülür.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol