• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ səfirlikləri vətəndaşlara Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

ABŞ səfirlikləri vətəndaşlara Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib
20.09.2026 09:05

ABŞ-nin Yaxın Şərqdəki bir sıra diplomatik nümayəndəlikləri regionda gərginliyin artması fonunda Amerika vətəndaşlarını yüksək ayıqlıq nümayiş etdirməyə çağırıb.

Müvafiq xəbərdarlıqlar ABŞ-nin İordaniya, İsrail, İraq, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Livandakı diplomatik nümayəndəlikləri tərəfindən yayımlanıb.

Xəbərdarlıqlarda Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin mürəkkəb olaraq qaldığı və gözlənilməz eskalasiya riskinin mövcud olduğu bildirilib.

Diplomatik nümayəndəliklər İranın dəstəklədiyi Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) Səudiyyə Ərəbistanına qarşı hücumlar həyata keçirdiyini və mülki hava limanlarını hədəfə aldığını qeyd edib. Onların qiymətləndirməsinə görə, münaqişənin daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi mümkündür.

ABŞ vətəndaşlarına yüksək ayıqlıq nümayiş etdirmək, mümkün aviareys ləğvlərinə, hava məkanının bağlanmasına və nəqliyyat əlaqələrində fasilələrə hazır olmaq tövsiyə edilib.

Xəbərdarlıqlarda həmçinin ABŞ-nin diplomatik nümayəndəliklərinin, o cümlədən Yaxın Şərqdən kənarda yerləşən diplomatik obyektlərin hücum hədəfinə çevrilə biləcəyi bildirilib. Qeyd olunub ki, İran və onun dəstəklədiyi qruplaşmalar ABŞ-nin xaricdəki digər obyektlərini, eləcə də dünya üzrə Birləşmiş Ştatlar və amerikalılarla əlaqəli məkanları hədəfə ala bilər.

Qeyd edək ki, ABŞ diplomatik nümayəndəlikləri regionda təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə əlaqədar vaxtaşırı oxşar xəbərdarlıqlar yayımlayır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol