• $
  • €
  • ₽
  • ₺
  • £

Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər

Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
24.09.2026 23:04

Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşərək Pakistan-İran münasibətlərini və regional vəziyyəti müzakirə ediblər.Bu barədə Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Şərif bildirib ki, görüş zamanı tərəflər Pakistan və İran arasında uzunmüddətli əlaqələri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini təsdiqləyiblər.

Tərəflər həmçinin regionda baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Şərif regional münaqişənin uzanmasından narahatlığını ifadə edərək gərginliyin azaldılması və diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Pakistanın baş naziri İslamabad Anlaşma Memorandumunun icrasının vacibliyini qeyd edib və ölkəsinin regional sülh və sabitliyin təmin olunması istiqamətində konstruktiv rolunu davam etdirəcəyini bildirib.

Görüşdə tərəflər regional sülh, təhlükəsizlik və sabitliklə bağlı məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol