• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Avropadan rəsmən üz döndərdi

Ukrayna Avropadan rəsmən üz döndərdi
21.11.2013 18:20

Kiyev Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlandırılması üçün fəal dialoqa başlayacaq

Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılması haqqında qərar qəbul edib. APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, qərar Rusiya Federasiyası və digər MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin itirilmiş istiqamətlərinin və istehsal həcminin bərpası üçün kompleks tədbirlərin daha dəqiq öyrənilməsi və işlənməsi məqsədilə qəbul olunub: “Dövlətin iqtisadi potensialının qorunması və möhkəmləndirilməsi məqsədilə Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlanması üçün fəal dialoq bərpa edilməlidir”.    

 

Bundan başqa, daxili bazarın Ukrayna və Avropa Birliyi ölkələri arasında paritet münasibətləri təmin edəcək səviyyədə formalaşdırılması da qərarın məqsədlərindən biridir.

 

Baş nazir Nikolay Azarov Xarici İşlər Nazirliyi, İqtisad İnkişaf Nazirliyi və Sənaye Siyasəti Nazirliyinə tapşırıb ki,  Rusiya və AB-yə bu məsələlərin işlənməsi üçün üçtərəfli komissiya yaradılmasını təklif etsinlər. Eyni zamanda adı çəkilən nazirliklərə ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi üçün MDB və Gömrük İttifaqı ölkələri ilə dialoqu bərpa etmək də həvalə olunub.

 

Xatırladaq ki, AB assosiasiya sazişinin əsas şərti kimi sabiq baş nazir Yuliya Timoşenkonun həbsdən buraxılaraq xaricdə müalicəyə göndərilməsini tələb edirdi. Ukrayna rəhbərliyi əvvəlcə bu şərtə etiraz etməsə də, sonradan fikrindən daşınıb və Y. Timoşenko haqqında parlamentdə hazırlanan qanun layihələri hakimiyyətdəki Regionlar Partiyası və onun müttəfiqlərinin səsləri ilə rədd edilib. 

APA

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol