• $
  • €
  • ₽
  • ₺
  • £

Müxalifət lideri xəstəxanaya aparıldı

Müxalifət lideri xəstəxanaya aparıldı
21.11.2013 10:19
İran müxalifətinin liderlərindən biri, heç bir məhkəmə qərarı olmadan üç ildən çoxdur, ev dustaqlığında saxlanan Mehdi Kərrubi xəstəxanaya yerləşdirilib.APA-nın məlumatına görə, bu barədə onun həyat yoldaşı Fatimə Kərrubi ailəyə yaxın olan “Səhamnews” xəbər saytına açıqlamasında bildirib. F. Kərrubinin sözlərinə görə, ötən yeddi gün ərzində həyat yoldaşı iki dəfə xəstəxanaya qaldırılıb: “Sonuncu dəfə M. Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarının müşayiəti ilə noyabrın 18-də səhər saatlarında müalicə, həmçinin bəzi kliniki və parakliniki tədbirlərin həyata keçirilməsi üçün Tehranın Lalə xəstəxanasına aparılıb. Həyat yoldaşım müayinələr tamamlandıqdan sonra axşam saatlarında yenidən saxlanıldığı yerə qaytarılıb. Təəssüflər olsun ki, havaya çıxa bilməməsi, gün işığından məhrum olması, ən vacibi, qeyri-sağlam mühitdə saxlanılması onda bir çox xəstəliklərin yaranmasına səbəb olub”. Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılır. Onların həbsdə saxlanılmalarının artıq min günü tamam olub. Ailə İran prezidenti Həsən Ruhanidən M. Kərrubinin ETTELAAT-dan ən azı öz evinə dustaqlığa köçürülməsini xahiş edib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol