• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni təhlükəli virus yayılır

Yeni təhlükəli virus yayılır
18.11.2013 21:06
“Doctor Web” şirkəti bu gün “BackDoor.Caphaw” ailəsindən olan bank troyanlarının geniş yayılması haqda məlumat verib. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu troyanların istifadəçilərin kompüterlərinə quraşdırılması üçün bədəməllər “Skype” üzərindən məlumatlar yayırlar.Bu cür məlumatların yayılması 2013-cü ilin noyabr ayının birinci yarısında pik nöqtəyə çatıb. “BackDoor.Caphaw” distant bank xidməti sistemlərinin məlumat hesablarını və digər məxfi məlumatları oğurlaya bilir.Kompüterlərin “BackDoor.Caphaw” troyanına yoluxması son bir il ərzində qeydə alınır.  Onun yayılmasının əsas üsulları boşluqların (o cümlədən BlackHole eksploytlar paketinin), həmçinin troyanın şəbəkə və çıxarılan disklərə özünü nüsxələmədən  istifadə edilməsidir. Bu il oktyabr ayının ikinci yarısından “BackDoor.Caphaw” virusunun “Skype” üzərindən yayılma halları çoxalıb. Kompüteri yoluxdurma məqsədi ilə bədəməllər “Skype”-məlumatlarını yoluxdurulmuş istifadəçilərin akkauntlarından istifadə edərək yayırlar. Məlumatlar “invoice_ХХХХХ.pdf.exe.zip (ХХХХХ — təsadüfi rəqəmlər yığımıdır)” arxivinə yönəltməni daxil edirlər. Arxiv öz növbəsində, “BackDoor.Caphaw” troyan proqramı olan icraçı fayldan ibarətdir.Əməliyyat sistemində işə salınan virus proqramı öz nüsxəsini əlavələr papkalarından birində saxlayır və sistem reyestrinin, proqramların avtomatik aktivləşdirmə funksiyasını daşıyan açarını modifikasiya edir. Troyan ziyanverici əlavəsinin araşdırmasının qarşısını almaq üçün özünün virtual maşınlarda işə salınmasını aşkar etmək mexanizmlərinə sahibdir. “BackDoor.Caphaw” uğurla quraşdırıldıqda işə salınan proseslərə daxil olmağa cəhd edir və ziyanvericilərin serverləri ilə əlaqə qurmağa çalışır. Troyan proqramı istifadəçinin aktivliyini izləyir və müxtəlif onlayn-bankinq sistemləri ilə bağlanmaq cəhdlərini aşkar etməyə çalışır. Bu cür bağlantı əldə edildikdə “BackDoor.Caphaw” istifadəçinin daxil olduğu veb-səhifələrə kınar tərkib tətbiq edə bilir və onların müxtəlif formalara daxil etdikləri məlumatları oğurlaya bilir.Bekdorun daha bir funksiyası- yoluxdurulmuş kompüterdə axın videosunun yazılması və onun bədəməllərin serverinə RAR-arxiv şəklində ötürülməsidir. Bundan başqa, “BackDoor.Caphaw” distant serverdən yükləmə və müxtəlif funksional reallaşdıran, misal üçün, FTP-müştərilərdən parolların axtarışı və ötürülməsi, VNC-serverinin reallaşdırılması, yüklənən yazını yoluxdura bilən MBR-butkit modulu kimi əlavə modulların buraxılması imkanına sahibdir. “Skype”dan istifadə edərək ziyanverici istinadların avtomatik yayılması üçün ayrıca modul mövcuddur.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol