• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda tutulan PKK-çılar danışdı - VİDEO

Bakıda tutulan PKK-çılar danışdı - VİDEO
01.12.2014 23:39
"PKK” partiyasına və onun liderinə xüsusi simpatiyam var" 
Bir neçə gün əvvəl Qaraçuxur məscidini yandırmağa cəhd edən şəxs nəhayət tutuldu. 

ANS TV-nin məlumatına görə, Bakının Suraxanı rayonunda Qaraçuxur məscidini yandıran iki nəfər həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdikləri anti-terror əməliyyatı nəticəsində Bakının Binəqədi rayonunun, Biləcəri qəsəbəsində cinayəti törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılarkən onların üzərində silah aşkar edilərək götürülüb.

Namiq Nəsibovun 2014-cü ilin avqust-sentyabr aylarında Suriyanın "PKK” terror təşkilatının nəzarətində olan ərazilərində gedən döyüşlərdə iştirak etdiyi müəyyən olunub. O, Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə "PKK” terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi "Yekbun” təşkilatını yaradaraq tərəfdarlar toplamağa başlayıb.

Təqsirləndirilən şəxs Namiq Nəsibov: "PKK” partiyasına və onun liderinə xüsusi simpatiyam var".

Hər iki şəxs sosial şəbəkələr vasitəsilə bu təşkilatın adından Bakıda aksiyaların keçirilməsinə çağırışlar ediblər. Namiq Nəsibov və Elnur Ələkbərov qrup halında İslam dininin "əhli-sünnə” təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, terror planı hazırlayıblar. Qaraçuxur məscidi də bu niyyətlə yandırılıb.

Noyabrın 25-də axşam saatlarında Namiq Nəsibov və Elnur Ələkbərov Qaraçuxur qəsəbəsinə gəliblər, müxtəlif yanacaqdoldurma məntəqələrindən 10 litr benzin alaraq şüşə qablara dolduraraq yandırıcı - partlayıcı vasitə hazırlayıblar. Saat 2 radələrində məscidin arxa və ön tərəfdə olan qapılarını sındıraraq orada yanğın törədərək qaçıblar.

Təqsirləndirilən şəxs Elnur Ələkbərov: "Şübhələnməsinlər deyə taksiləri dəyişdik, məqsəd isə diqqət çəkmək idi". 

Cinayətdə terrorçuluq əməlləri olduğundan işin istintaqı MTN-nin Baş İstintaq İdarəsinə həvalə edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, ictimai təhlükəsizliyi pozmaq, odlu silah əldə etmə maddələri ilə cinayət işi başlanıb.

ANN.Az
 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol