• $
  • €
  • ₽
  • ₺
  • £

Suriya prezidentindən etiraf

Suriya prezidentindən etiraf
03.12.2014 19:09
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın "İraq və Şam İslam Dövləti” yaraqlılarına endirdiyi aviazərbələr hiss edilən nəticələr verməyib.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd bildirib.

"Terrorizmə havadan mübarizə ilə qalib gəlmək olmaz. İlk öncə real vəziyyətlə tanış olan və operativ şəkildə hərəkət edə biləcək yerüstü qüvvələrə ehtiyac var. Ona görə də ilk iki ayda koalisiyanın endirdiyi aviazərbələr hiss edilən nəticələr verməyib”, - deyə Bəşər Əsəd bildirib. Əsəd əlavə edib ki, İŞİD-lə müntəzəm olaraq mübarizə aparan Suriya hərbçiləri bu aviazərbələr nəticəsində heç bir müsbət dəyişiklik hiss etməyib.
 
Jurnalistlərin Səddam Hüseyn və ya Müəmmar Qəddafi taleyini təkrarlaya biləcəyinizdən qorxmursunuzmu sualına Suriya prezidenti belə cavab verir: "Mən gəmi kapitanıyam. Kapitan ölüm və ya həyat barədə fikirləşmir, o, öz gəmisini xilas etmək barədə düşünür. Əgər o, qəza haqqında düşünsə, onda hamı həlak olacaq. Mən ölkəni xilas etmək üçün əlimdən gələni edirəm”.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə "İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib. İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol