• $
  • €
  • ₽
  • ₺
  • £

Ən bahalı pivə - FOTOLAR

Ən bahalı pivə - FOTOLAR
28.05.2020 22:53
Amerika prezidenti Corc Vaşinqtonun zirzəmidə pivə bişirilən şəxsi sexi var idi.

Marixuana və pivə arasında düşündüyünüzdən daha çox ortaq cəhət var. Pivənin hazırlandığı bitki ilə marixuana eyni sinfə daxildir.

Pivənin köpüyü onun ən mühüm hissələrindən biridir. O karbonun 4 oksidinin mürəkkəb reaksiyası nəticəsində yaranır və pivənin keyfiyyəti haqda çox şey deyir. Köpük azdırsa, deməli pivəniz yüngüldür, sərt deyil. Bu dəqiqə dünya əhalisinin 0.7 faizi sərxoşdur. Bu o deməkdir ki, indi 50 milyon nəfər keflidir. Sərxoşluğa səbəb olan içkilər arasında pivə üstünlük təşkil edir.
 
Dünyada ən böyük pivə festivalı "Oktoberfest” adlanır. Almaniyanın Münhen şəhərində hər il sentyabrın sonu, oktyabrın əvvəlində keçirilən, 16 gün davam edən bu festivalda bütün dünyadan 6 milyon insan iştirak edir. Dünyada ən qədim içməli pivə 2010-cu ildə Finlandiya yaxınlığında XIX əsrin əvvəllərinə aid olan gəmidə tapılıb. Pivə soyuq saxlanılan çəlləklərin içində olub. Köhnəlmiş, turş dadı var imiş.

Senosilokofobiya (cenosillicaphobia) – boş pivə şüşəsindən qorxmaqdır. Həqiqətən dəhşətli fobiyadır. Qədim Babilistanda pivə hazırlamaq sənətinə çox ciddi yanaşırdılar. Hətta kimsə pis pivə bişirsəydi onu çəlləkdə boğa bilərdilər. Hazırda dünyada təxminən 400 pivə növü var. Çeşidinə görə ən çox pivə brendi Belçikadadır.

Pivə ilə bağlı eksperimentlər çox olub. XVIII əsrdə yaşamış bioloq Con Lubbok qarışqalara pivə verərək davranışlarını müşahidə etmişdi. Dünyanın ən bahalı pivəsi Belçikanın "Vielle Bon Secours" pivəsidir. Onun bir şüşəsinin qiyməti 1000 dollar civarındadır. Dünyada ən çox pivə Çexiyada içilir. Bu ölkədə ildə adambaşına 151 litr pivə içilir. Pivənin öyrənilməsi və hazırlanması haqda elm zitoligiya (zythology) adlanır. Yunanca "zitos” – pivə, "loqos” – elm deməkdir.

ABŞ-da pivə reklamlarında pivənin içilməsi prosesinin göstərilməsi qadağandır. Pivə böyrəklərdə daş əmələ gəlməsinin qarşını alır. "American Journal of Epidemiology”da dərc edilmiş araşdırmada göstərilir ki, gündə bir şüşə pivə içmək böyrəkdə daş əmələ gəlməsi riskini 40 faiz azaldır.

Belə ehtimallar var ki, qədim Misir piramidalarının tikilişi zamanı insanlara gündə 4 litr pivə verilirmiş. Amsterdamda alkoqoliklərə pivə verirlər. Onlar şəhər küçələrini süpürdükdən sonra əvəzində 10 Avro, tütün və 5 pivə alırlar. Stiven Petrosino adlı şəxs 1977-ci ildə 1 litr pivəni 1.3 saniyəyə içərək dünya rekorduna imza atıb. Pivə ən qədim içkilərdən biridir. Ehtimal edilir ki, onu ilk dəfə neolit dövründə hazırlayıblar. Dünyanın ən sərt pivəsi Şotlandiyada hazırlanan "Snake Venom” adlı pivədir. Normalda pivənin alkoqolu 5 faiz olursa, bu pivənin faizi 67.5-dir. //kulis.az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol