• $
  • €
  • ₽
  • ₺
  • £

Bərzani: "Bütün dünya kürdlərin yardımına qaçdı"

Bərzani: "Bütün dünya kürdlərin yardımına qaçdı"
10.12.2014 21:21
İraq kürdlərinin rəhbəri Məsud Bərzani, müstəqillik, eləcə də referendumun keçirilməsi fikrindən daşınmayacağını bəuan edib
 

Kobanidən qayıdan Peşmerge komandirləri ilə bir araya gələn Bərzani Mosulun işğalı, İraqın keçmiş baş naziri Nuri el-Malikinin səhvləri, İŞİD-lə mübarizə və Kürd regionunun gələcəyinə dair müzkiarələr aparıb.
 
İŞİD-ə qarşı Kobanidən Celavleyə qədər 1050 kilometrlik sərhəd xəttində vuruşduqlarını deyən Bərzani, "İlk başlarda mənfi vəziyyətlə üzləşdiyimiz doğrudur. Amma bu, müharibədir. Müharibədə bəzən alarsınız, bəzən də itirərsiniz. Bəzən düşməni xarabazara çevirər, bəzən də qaçmaq məcburiyyətində qalarsınız. Amma önəmli olan iradənin möhkəm olmasıdı, iradənin qırılmamasıdır. Kürdüstan xalqının iradəsi qırıla bilməz" -  deyib.
 
Bərzaninin sözlərinə görə,  "İŞİD-in Kürdüstana təcavüzünün iki məqsədi var idi: Birincisi, referendum və müstəqillik prosesi çox yüksək bir mərhələyə gəlmişdi. Bu prosesi dağıtmaq istədilər. Ancaq yüz İŞİD, min İŞİD də gəlsə Kürdüstan bölgəsinin müstəqillik və referendum prosesi davam edəcəkdir. Bu məsələdə geri addım atmayacağıq. İkincisi - bu məsələ həm də sünnilərin də kor-koranə İŞİD-i dəstəkləməsinə səbəb olmuşdu -  Kürdüstanın idarəçiliyi xaricindəki kürd bölgələri məsələsidir. Onlara görə İŞİD bütün bu əraziləri ələ keçirməli və problem də həll edilməli idi. Lakin hesabları düz çıxmadı. Çünki ABŞ və Aİ ölkələrinin, bu sürətdə gəlib bizə kömək edəcəklərini və Peşmerge-nin, bu dərəcədə müdafiə edəcəyini gözləmirdilər. O səbəbdən pişman oldular".

IŞİD, hücumları səbəbilə itki və zərərlərinin böyük olduğuna diqqəti çəkən Bərzani "Bütün dünya liderləri, başçıları və prezidentlər, Peşmerge-nin insanlıq naminə döyüşdüyünü anladılar. İşimiz, haqlı bir işdir. Xalqımız da haqlı olduğunu bütün dünyaya sübut edib. O səbəbdən də bütün dünya dəstək vermək üşün gəldi" -  fikrini dilə gətirdi.
 
ANN.Az
 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol