• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan NATO üçün strateji əhəmiyyətə malik ölkədir"

"Azərbaycan NATO üçün strateji əhəmiyyətə malik ölkədir"
12.12.2014 15:13
"Alyans rəsmi şəkildə Uels sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb”

"Əfqanıstanda sülhyaratma əməliyyatları başa çatdıqdan sonra da Azərbaycan NATO üçün strateji əhəmiyyətə malik ölkə olaraq qalacaq”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO baş katibinin müavini və Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay (James Appathurai) deyib.

NATO-nun enerji təhlükəsizliyi siyasəti, kiber təhlükəsizliklə bağlı spesifik layihələrinin olduğunu bildirən C. Appaturay Azərbaycan hakimiyyətinin NATO-nun Əfqanıstanda həyata keçirəcəyi yeni əməliyyatlarla bağlı lazımi sənədləri tez bir zamanda imzaladığını xüsusi vurğulayıb. O, Azərbaycanın İSAF əməliyyatlarına verdiyi töhfələrin NATO tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb: "NATO Azərbaycanla müdafiə təhsili, enerji təhlükəsizliyinin təmin olunması, kiber təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahələrində birgə işləyəcək. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə birlikdə torpaqların minalardan təmizlənməsi, əhalinin burada təhlükəsiz yerləşdirilməsi istiqamətində birgə çalışırıq. Biz Azərbaycan xalqı üçün yaxşı işlər görməkdən məmnunluq duyuruq. Biz əməkdaşlığımızı strateji tərəfdaşlığa qaldıra bilərik. İnsan hüquqları və idarəetmə sahəsində dialoqların aparılması alyans üçün olduqca əhəmiyyətlidir”.

Təhlükəsizlik məsələləri, İPAP platforması çərçivəsində uğurlu əməkdaşlığın davam etdiyini söyləyən C. Appaturay QHT, fövqəladə təhlükəsizlik çağırışları istiqamətlərində də əlaqələrin inkişafına diqqət yetiriləcəyini bildirib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan xüsusi nümayəndə qeyd edib ki, NATO-nun problemin həllində rolu olmasa da, alyans ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli ilə bağlı səylərini dəstəkləyir: "Alyans rəsmi şəkildə Uels sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. Təbii ki, biz münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü, tərəflərin maraqlarına uyğun həllinin tərəfdarıyıq”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol