• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili: “Rusiya Gürcüstan və Azərbaycana müdaxiləyə hazırlaşır”

Saakaşvili: “Rusiya Gürcüstan və Azərbaycana müdaxiləyə hazırlaşır”
16.12.2014 11:06
Gürcüstanın eks-prezidenti, hazırda mühacirətdə olan Mixail Saakaşvili Rusiyanın ölkəsinə qarşı yeni təxribatları haqda xəbərdarlıq edib.

Virtualaz.org saytı xəbər verir ki, "ReeD” portalına müsahibəsində Saakaşvili Rusiyanın Dağıstan-Gürcüstan və Dağıstan-Azərbaycan sərhədinə çəkdiyi yeni yolun tikintisinin sürətlə aparılmasına toxunub.

Sabiq prezidentin sözlərinə görə, indi söhbət ondan getmir ki, gürcü hökuməti növbəti seçkilərə qədər yaşaya biləcək, ya yox. Söhbət bütövlükdə ölkənin gələn seçkilərə sağ çıxıb-çıxmamasından gedir.

"Bu, indi əsas məsələdir və mən hesab edirəm ki, indiki şərtlərdə ölkə növbəti seçkilərə sağ çıxmayacaq. Burası dəqiqdir. Niyə? Ona görə ki, Rusiya isterik şəkildə Dağıstandan Gürcüstana hərbi müdaxilə üçün yol çəkir. Bu yol Tiflisə və Azərbaycana birbaşa müdaxilə üçün nəzərdə tutulub. İndi "Cənub axını”nı bağladıqları bir vaxtda Putin Gürcüstan və Azərbaycan vasitəsilə alternativ qaz ixracını dayandırmağı nəzərdə tutur. Biz yaxın vaxtlarda hər cür təxribatlar, xoşagəlməz hadisələr gözləməliyik. Bunların qarşısını almaq üçün dövlətin immuniteti, güclü hakimiyyəti olmalıdır. Gürcüstanda isə bunlar yoxdur, əksinə, vəziyyət hər keçən gün daha betər olur” - deyə Mixail Saakaşvili bildirib.

Eks-prezidentin mövqeyinə görə, söhbət Skandinaviya ölkələrində olan adi siyasi prosesdən yox, geosiyasi baxımdan olduqca həssas, əlçatan regionda "həddən artıq təhlükəli diktator” Putinin açıq, qətiyyən maskalanmamış təcavüzündən gedir.

"Ona görə də biz indi çox ayıq olmalıyıq, bu xırda çəkişmələrə vaxt itirməməliyik” - deyə keçmiş prezident əlavə edib.

Saakaşvili Gürcüstana qayıtmağa hazırlaşdığını da deyib. Onun sözlərinə görə, qayıdışı indiki hakimiyyətin hesabladığından çox tez baş verəcək: "Onlar mənim qayıtmağımdan qorxur, hər cür cinayət işləri qaldırıblar. Ancaq bu ittihamlar sadə səbəbdən karton evciklər kimi uçub-dağılır: bütün bu ittihamlar saxtadır və insanlar bunu bilir. Mən özüm kifayət qədər səbr toplamışam və hesab edirəm ki, o, öz bəhrəsini verir”.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol