• $
  • €
  • ₽
  • ₺
  • £

Lukaşenko Rusiyaya bel bağlamamağa çağırdı

Lukaşenko Rusiyaya bel bağlamamağa çağırdı
16.12.2014 14:13
"Biz əlimizi əlimizin üstünə qoyub daha yaxşı zamanı gözləyə bilmərik”.

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə hökumətinə istənilən yol ilə Belarus malları üçün yeni satış bazarı tapmağı tapşırıb.

Oxu.Az-ın BELTA-ya istinadən verdiyi xəbərə görə, o, bu barədə dekabrın 15-də bəyan edib.

"Biz qardaş dövlət olsaq belə, daima Rusiyaya səcdə edə bilmərik. Çünki gördüyünüz kimi, bir bazarın yıxılmağı ilə biz də uçuruma yuvarlandıq”, - hökumət başçısı bəyan edib. Eləcə də qeyd edib ki, bu gün üçün Rusiya bazarında əvvəlki 85% məhsul əvəzinə, indi cəmi 40-45% məhsul satılır.

Bununla yanaşı, prezident qeyd edib ki, Belarus bir bazardan asılılığı azaldıb, amma göründüyü kimi, bu azdır.

"Ukrayna da əlavə olunub. Düşünmürəm ki, Qazaxıstanda vəziyyət daha yaxşıdır. Ona görə də biz bütün mümkün yollarla yeni bazarlara çıxmalıyıq. Bu, mümkündür”, - Lukaşenko əminliklə bildirib.

Dövlət başçısı, ixracın diversifikasiyasına diqqət çəkərək, Amerika bazarına çıxa bilən bir sıra Belarus şirkətlərini nümunə gətirib. Belə mürəkkəb vəziyyətin ümumiyyətlə, heç vaxt olmadığını qeyd edən prezident, "bütün sanksiyalar ləğv edilib və biz onlarla ticarət edirik. Deməli, mümkündür”, deyə bəyan edib. 

"Biz əlimizi əlimizin üstünə qoyub daha yaxşı zamanı gözləyə bilmərik. Bu vəziyyətdə öz bacarığımızı göstərməliyik. Gələn il bizim üçün sınaqdır”, - Lukaşenko sözünü yekunlaşdırıb.

Dekabrın əvvəlində Belarus prezidenti respublikanın bir sıra müəssisələrindən ərzaq məhsullarının çatdırılmasına Moskva tərəfindən qoyulan qadağaya görə, Rusiyanı Gömrük İttifaqının normalarını pozmaqda günahlandırıb.

"Rusiya dürüst davranmadı”, - Lukaşenko deyib. O, həmçinin Rusiya bazarlarına ərzaq mallarının çatdırılması zamanı fırıldaqçılığa dair ittihamı təkzib edib və Belarus məhsullarının keyfiyyətinə edilən narazıçılığı qəbul etməyib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol