• $
  • €
  • ₽
  • ₺
  • £

Rza Zərrab geri addım atdı

Rza Zərrab geri addım atdı
17.12.2014 10:57
İrandan sənəd gələcəyini eşidən iş adamı iddiasını geri çəkdi

Ötən il 17 dekabr böyük rüşvət əməliyyatları zamanı saxlanılan iş adamı Rza Zərrab özünə "şarlatan” dediyi üçün məhkəməyə verdiyi Milliyət Xalq Partiyası (MHP) sədri Dövlət Bahçeli və onun köməkçisi Semih Yalçın əleyhinə qaldırdığı təzminat iddiasından əl çəkib. 

ANS PRESS-in məlumatına görə, partiya sədrinin Zərrab haqqında dediyi "İrandan şarlatan gəlib. Nə olduğu bilinmir" sözləri iş adamının xoşuna gəlməmişdi. O, məhkəməyə müraciət edərək MHP sədrindən 100 min lira (33 280 manat) tələb edib. Lakin Bahçeli bu sözü deməkdən əl çəkməyib. "Şarlatan sözünə davam edəcəyik" ifadəsi onlar haqqında yeni 100 min lirəlik (33 280 manat) təzminat iddiasının qalxmasına yol açıb. 

Məhkəmə iclasında S.Yalçının vəkili Rza Zərrab ilə İranda saxlanılan dələduzluqda ittiham edilən Zəncani haqqında sənədlərin İrandan istənilməsini istəyib. Əgər onun tələbi qəbul edilsə İran parlamentinin nəzdnindəki komissiya əllərində olan sənədləri tərcümə edərək məhkəməyə təqdim etməli idi. İrandan gəlməli olan sənədlərin iş adamı olan Rza Zərrab üçün problemlər yaradacağı gözlənilirdi. 

Lakin Zərrabın vəkili bundan sonra təzminat haqqında iddialarını geri çəkiblər. 

MHP-li S.Yalçın isə Zərrabın iddiasını geri çəkməsi ilə İrandan sənədlərini tələb etməsinin üst-üstə düşməsinin təsadüf olmadığını deyib. "Zamanlama çox maraqlıdır. İranı eşidən kimi iddianı geri çəkdilər. Amma biz partiya olaraq geri durmayacağıq. Sənədlərin İrandan alınması mövzusunda iddialıyıq".

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Угроза взрыва на борту самолета Wizz Air
Dünya 18:20
Угроза взрыва на борту самолета Wizz Air
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol