• $
  • €
  • ₽
  • ₺
  • £

“Google” 15 milyon avro məbləğində cərimələnə bilər

“Google” 15 milyon avro məbləğində cərimələnə bilər
17.12.2014 22:54
"Google” şirkəti Hollandiyada bir neçə milyon avro məbləğində cərimələnə bilər.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru” saytına istinadən bildirir ki, Hollandiya İnformasiya Mühafizəsi Xidmətindən (Dutch Data Protection Authority, DPA) bildirilib ki, "Google”un fəaliyyətində istifadəçi məlumatlarından istifadə (məqsədli reklam üçün brauzerdə səhifəyə daxilolma tarixçəsi və olduğu yerin koordinatı) ilə əlaqədar milli qanunvericiliyin pozulması halları qeydə alınıb.
 
Hollandiyanın tənzimləyici orqanı "Google”dan 2015-ci il fevralın sonunadək məlumatların emalı siyasətində dəyişikliklər aparmağı tələb edib. Əks təqdirdə şirkət 15 milyon avro məbləğində cərimələnəcək.
 
"Bu, 2012-ci ildən davam edir və ümid edirik ki, şirkət lazımi işləri görəcək" – "Dutch DPA”-nın  sədri Yakob Konstamm deyib.
 
Hollandiya "Google”un məxfilik siyasətinin araşdırılması ilə məşğul olmuş Avropanın altıncı dövlətidir. Bundan əvvəl İspaniya, Fransa, Almaniya, Britaniya və İtaliyada belə araşdırmalar aparılıb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol