• $
  • €
  • ₽
  • ₺
  • £

Rublun ucuzlaşması Rusiyanı dünyanın şoppinq mərkəzinə çevirdi

Rublun ucuzlaşması Rusiyanı dünyanın şoppinq mərkəzinə çevirdi
17.12.2014 17:19
Bütün dünyadan alıcılar daha ucuz mal almaq üçün Rusiya mağazalarına üz tutub

Rublun avro və dollar qarşısında kəskin ucuzlaşması nəticəsində dünyanın bütün ölkələrindən olan alıcılar ucuz mal almaq üçün Rusiya mağazalarına üz tutub. ANN.Az Fins.az-a istinadən xəbər verir ki, xarici ölkələrdən bak kartları vasitəsilə Rusiyadan mal alanların sayı və ticarətin həcmi sürətlə böyüyür.
Məsələ ondadır ki, digər ölkələrin valyutasının dollara milli nəzərən kursu rubl qədər ucuzlaşmayıb. Buna görə də Rusiyanın iri pərakəndə satış mağazalarından on-line sifarişlə eyni malı başqa ölkələrdə (məsələn, Belarus və Qazaxıstan) olduğundan xeyli ucuz qiymətə əldə etmək olur. Alıcılar da bundan istifadə etmək istəyirlər.
 
Belə ki, 16 GB yaddaşa malik "Iphone 6 Plus” smartfonunu Rusiyada Ulmart.Ru-dan 677 dollara əldə etmək olar. Halbuki, bu məhsul Qazaxstanın Olx.Kz online mağazasında 935 dollar, Belarusun Technoshok.Shop.by on-line mağazasında isə 920 dollardır. Rusiyanın prosessinq şirkətlərinin məlumatına görə, noyabrda Ermənistan, Çin, Belarus, Qazaxıstan, həmçinin digər yaxın və uzaq xarici ölkələrdən olan alıcılar Rusiya mağazalarında xərcləmələri kəskin artırıb (cədvələ bax). Məsələn, ermənilər buna 2013-ci ilin noyabr ayı ilə müqayisədə 123,64%, çinlilər 85,73%, beloruslar 78,31%, qazaxlar 32,51% çox vəsait sərf ediblər.
 
 
Belarus və Qazaxıstan sakinləri Rusiyadan daha çox məişət texnikası alırlar - bu istiqamətdə alış-verişin həcmi 120% artıb. Çindən olan alıcılar saat və zərgərlik əşyalarına xüsusi diqqət yetirirlər- bu kateqoriya üzrə 3,9 dəfə artım qeydə alınıb. Qazaxıstandan olan veb-alıcıların sayı ötən ay 2013-cü ilin noyabrına nisbətən 140%, Belarusdan isə 29% artıb. Tranzaksiyaların sayı isə müvafiq olaraq 27% və 32% artıb.
Belaruslar və qazaxlar avtomobillərin alışında da fəaldırlar- oktyabrın sonundan onlar bütün alıcıların 60%-ni təşkil edirlər. Avtomobil satışı şirkətləri Qazaxıstan vətəndaşları tərəfindən avtomobillərin alışının sürətlə artması bildiriblər.
 
 
Qeyd edək ki, azərbaycanlı kart saibləri Rusiyadan keçən ay 13 milyon rubla yaxın on-line alış ediblər. Bu keçən il ilin noyabrına nisbətən 19% çoxdur. Bu göstəriciyə görə, respublikamız yaxın xaric kateqoriyasında olan ölkələr üzrə 4-cü yerdədir.
Ermənistan isə 9,4 milyon rublluq alışla 5-ci yeri tutur. Keçən ilə nisbətən  ən yüksək artım tempi bu ölkəyə məxsusdur- 123% (!). Ən böyük on-line alış Avstriyaya məxsusdur- 181,64 milyon rubl. Bu keçən ilə nisbətən 27,7% çoxdur.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol