• $
  • €
  • ₽
  • ₺
  • £

Neft ucuzlaşması kütləvi ixtisarlara səbəb oldu

Neft ucuzlaşması kütləvi ixtisarlara səbəb oldu
19.12.2014 10:18
Neft ucuzlaşdıqca Britaniyanın neft sənayesinin böhranlı vəziyyəti də dərinləşir.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, neft şirkətləri və bu sahənin xidmətçi qurumları qənaət etmək məqsədilə əməkdaşların sayını ixtisara salırlar.

Brindex müstəqil neft kəşfiyyatçıları assosiyasiyasının sədri Robin Allanın sözlərinə görə, sənaye çökmək astanasındadır. Onun sözlərinə görə, neftin qiyməti bir barel üçün 60 dollar göstəricisindən aşağı düşdüyü halda Şimal Dənizdəki yeni neft layihələri gəlirlərini itirir.

"Dərin böhrandayıq. Sənaye yeni şəraitə alışmağa çalışır, lakin bunun üçün işçiləri, layihələri, xərcləri ixtisar etmək lazımdır. Bu, həm işçilər, həm şirlkət, həm də ölkə üçün çətindir. Yeni investisiyalar baxımından vəziyyət iflasa yaxındır. Hamı zərərdədir, işçilər, gələn ilin büdcəsi ixtisar olunur", Robin Allan deyib.

Onun fikrincə ixtisarların əksəriyyəti "səssiz-küysüz" aparılacaq, çünki neft yataqlarında işlər adətən məhdud müddətli iş müqavilələri əsasında görülür, bu səbəbdən də belələrinin ixtisara salınması problem yaratmayacaq. Bu arada ABŞ-da mənzillənən ConocoPhillips neft nəhəngi Britaniyadakı layihələrində 1,650 iş yerindən 250-ni ixtisara salıb. Digər neft şirkətlərində də buna bənzər addımların atılacağı gözlənilir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol