• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-in liderləri öldürüldü

İŞİD-in liderləri öldürüldü
19.12.2014 12:21
ABŞ-n İraqda həyata keçirdiyi aviazərbələr nəticəsində "İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının bir neçə yüksək rütbəli lideri öldürülüb.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal”-a müsahibəsində ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədri Martin Dempsi bildirib.

Dempsinin sözlərinə görə, son həftələr ərzində həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD-in üç lideri məhv edilib. Bununla da İŞİD-in əvəlcədən hazırladığı hücum planlarının qarşısı alınıb.

3-9 dekabr tarixlərində ABŞ aviazərbələri nəticəsində İŞİD-in İraqdakı hərbi əməliyyatlarına rəhbərlik edən Abd əl-Basit, qruplaşma lideri Əbu-Bəkir Əl Bağdadinin əsas müavini Hacı Mutaz məhv edilib. Noyabrın sonlarında isə Mosul şəhərionin "qubernatoru” Radvin Talib öldürülüb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə "İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib. İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol