• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov: "ABŞ-la Münasibətlər uzun müddət pozula bilər"

Lavrov: "ABŞ-la Münasibətlər uzun müddət pozula bilər"
19.12.2014 13:07
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon söhbətində prezident Barak Obamanın "Ukraynada Azadlığa Dəstək Aktı”nı imzalamasından narazılığını bildirib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, S. Lavrov bəyan edib ki, bu addım Rusiya ilə ABŞ arasındakı normal münasibətləri uzun müddətə poza bilər.    

Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib. Rusiya XİN-dən bildirilib ki, tərəflər Fələstin-İsrail məsələsini və Ukrayna böhranını müzakirə ediblər: "Sergey Lavrov eyni zamanda onu vurğuladı ki, ABŞ prezidentinin imzaladığı və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini ehtiva edən "Ukraynada Azadlığa Dəstək Aktı” ölkələrimiz arasında normal qarşılıqlı fəaliyyəti uzun müddətə dağıda bilər”.

Qeyd edək ki, B. Obama Konqresdə qəbul olunan məlum sənədə (Ukraine Freedom Support Act 2014) dekabrın 18-də imza atıb. Qanunda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi və Ukraynaya silah (o cümlədən letal silahlar) göndərilməsi üçün prezidentə səlahiyyət verilir. Lakin B. Obama hələlik yeni sanksiyaların tətbiqi barədə ona verilən səlahiyyətdən istifadə etməyəcəyini açıqlayıb.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol