• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa liderlərinin sammiti təcili başa çatdırıldı

Avropa liderlərinin sammiti təcili başa çatdırıldı
19.12.2014 13:24
Avropa İttifaqı ölkələrinin Brüsseldə ikigünlük sammitə toplaşan liderləri bir gün ilə məhdudlaşmağı qərara alıblar.  

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, sammit planlaşdırıldığı kimi dekabrın 19-da deyil, cümə axşamı başa çatıb.

28 ölkənin dövlət və hökumət başçılarının görüşü başa çatmazdan öncə, Ukrayna və Rusiyada mövcud vəziyyətin müzakirə edildiyi işgüzar şam yeməyi olub.
Avropa Şurasının sədri Donald Tuskun sözlərinə görə, Aİ-nin Rusiyaya qarşı dəqiq strategiyası olmadan böhranın tənzimlənməsi mümkün deyil. Avropa komissiyasının rəhbəri Jan-Klod Yunker öz növbəsində Rusiya lideri ilə xoş münasibətlərindən istifadə edərək, prezident Vladimir Putinlə dialoqa başlamağa hazır olduğunu bəyan edib.

Almaniya kansleri Angela Merkel bildirib ki, sammitdə Ukraynaya silah və hərbi yardımın çatdırılması məsələsi qaldırılmayıb, amma iştirakçılar antirusiya sanksiyaları məsələlərindən yan keçə bilməyiblər. O qeyd edib ki, məhdudedici tədbirlər, Ukraynanın ərazi bütövlüyünün saxlanılması şərti altında ləğv edilə bilər.

"Biz bu istiqamətdə irəliləməyimizə baxmalıyıq, daha sonra sanksiyaların ləğvinə doğru addım ata bilərik”, - TASS onun sözlərindən sitat gətirir. Daha öncə cümə axşamı Tusk bildirib ki, sammitin iştirakçılarını narahat edən məsələlərin müzakirəsi üçün bir gün də kifayət edib.

"Biz böhrandan çıxış strategiyasının üç əsas məqamı üzrə razılığa gəlməyə müvəffəq olduq. Birincisi, biz tezliklə Avropa strateji investisiyalar fondunun yaradılmasına çağırırıq, ikincisi, struktur islahatlarının aparılması labüddür, üçüncü məqam isə büdcə vəsaitlərinə aiddir”, - o dəqiqləşdirib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol