• $
  • €
  • ₽
  • ₺
  • £

Miqrantlar Rusiyanı kütləvi şəkildə tərk edir

Miqrantlar Rusiyanı kütləvi şəkildə tərk edir
29.05.2020 05:27
 "Əmək miqrantları Rusiyanı kütləvi şəkildə tərk edirlər. Buna səbəb rublun dəyərdən düşməsi və miqrantların rus dilindən ödənişli imtahan verilməsinə məcbur edən qanun layihəsidir”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Miqrantlar Federasiyasının rəhbəri Məhəmməd Amin deyib.

O bildirib ki, yeni ildən sonra miqrantların 25 faizi Rusiyanı tərk etməyi planlaşdırır: "Onlar başqa ölkələrdə fəaliyyətlərini davam etdirmək istəyirlər. Buna iki əsas səbəb var. Birinci səbəb rublun dəyərdən düşməsidir. İkinci səbəb isə 2015-ci il yanvarın 1-dən əmək miqrantlarının rus dili, tarixi və Rusiya qanunvericiliyindən məcburi imtahan verilməsi haqqında qanunun qüvvəyə minməsidir. Əsas səbəb ölkədəki iqtisadi vəziyyət və yeni ildən sonra miqrasiya qanunvericiliyinin sərtləşdirilməsidir".

M. Amin Rusiya ərazisində qalan qeyri-qanuni miqrantların sayının artacağını istisna etməyib.

"Tacikistan Əmək Miqrantları" ictimayi təşkilatının sədri, Rusiyadakı tacik diasporunun rəhbəri Karomat Şaripov da Tacikistandan olan əmək miqrantlarının Rusiyadan getmək niyyətində olduğunu söyləyib: "Belə tendensiya var və bu, təkcə rus rublunun xarici valyutaya nisbətdə ucuzlaşması ilə bağlı deyil. 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək miqrasiya ilə bağlı qanun çoxlarının cibinə uyğun deyil. İmtahanlar miqranta 30 min rubla (500 ABŞ dolları) başa gələcək. Bilet və işləməyə icazə, yəni əmək patentinin alınmasını nəzərə alsaq bu, rublun ucuzlaşması fonunda Rusiyaya işləməyə gələn miqrantların gəlirlərinə böyük zərbə olacaq".

K. Şaripov bildirib ki, taciklərin çoxunun öz ölkələrində banklara borcları var. Həmin borcları ödəmək üçün onlar başqa ölkələrdə iş axtarmalı olacaqlar.

Tacik diasporunun rəhbəri bu vəziyyətin təhlükəli olduğunu da qeyd edib: "Keçmiş miqrantlar "muzdlu" döyüşçü ola bilərlər. Belə bir təhlükə var. Gənclər arasında belə müzakirələr gedir. Onların çoxunun Tacikistanda dollarla kredit borcları var. İstisna etmirəm ki, onlar qazanc dalınca "qaynar nöqtələr"ə yollanacaqlar".

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol