• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya əhalisi nə qədərdir?

Dünya əhalisi nə qədərdir?
24.12.2014 09:39
Bu ilin sonunda dünya əhalisinin sayı təxminən 7 milyard 284 milyon 283 minə çatacaq.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə "Dünya Əhali Fondu”nun hesabatında məlumat yayılıb.

Hesabatda, dünyada hər saniyədə 2.6 nəfərin dünyaya gəldiyi bildirilib. Həmçinin 1970-ci ildə dünya əhalisinin indikinin yarısı qədər olduğu xatırladılıb və əhalinin sürətlə çoxalmasının səbəbi kimi inkişaf etməkdə olan ölkələrdə ailə planlamasının doğru şəkildə həyata keçirilmədiyi qeyd edilib.

Hesabatda bildirilir ki, inkişaf etməkdə olan ölkələrdə hər 4 qadından biri istəmədiyi hamiləliyə məruz qalır.

Dünyanı 100 nəfərlik kənd kimi təsəvvür edən fond, müqayisə ilə burda 60 asiyalı, 15 afrikalı, 10 avropalı yaşayacağını bildirib. Bildirilir ki, əhalinin sayı bu sürətlə çoxalmağa davam etsə 2050-ci ildə 134-ə çatacaq kənd əhalisinin 33 nəfəri afrikalı, 73 nəfəri asiyalı, 10 nəfəri avropalı olacaq. Bu hesabata görə, Asiya və Avropa əhalisi azalacaq, Afrika əhalisi isə artacaq.

"worldometers.info” saytının məlumatına görə isə hazırda dünyada əhali sayı 7 milyard 283 milyon 170 mindir və bu rəqəm hər an böyük sürətlə dəyişilir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol