• $
  • €
  • ₽
  • ₺
  • £

BMT-də azərbaycanlıya yüksək vəzifə verildi

BMT-də azərbaycanlıya yüksək vəzifə verildi
24.12.2014 14:33
Azərbaycanlı diplomat Sultan Hacıyev BMT-nin İnkişaf Proqramının Kürdüstandakı Regional Ofisinin rəhbəri vəzifəsinə təyin edilib. Kürdüstandakı Regional Ofisin rəhbəri isə həm də BMT İnkişaf Proqramının İraqdakı nümayəndəsinin birinci müavinidir.

Beləliklə, Sultan Hacıyev BMT sistemində çalışan ən yüksək vəzifəli azərbaycanlıdır.

İraq hazırda BMT sistemi üçün prioritet ölkələrdən biri hesab olunduğundan, həmvətənimizin məhz bu ölkədə yüksək vəzifələyə təyin olunması xüsusilə əhəmiyyətlidir.

Qeyd edək ki, Sultan Hacıyev artıq İraqda iş təcrübəsinə malikdir. O, bu ölkəyə BMT-nin İnkişaf Proqramının baş qərargahında xüsusi mürəkkəblik kateqoriyasına aid olan ölkələr üzrə Baş Müşavir vəzifəsini icra edərkən ezam olunmuşdu.

BMT-dəki karyerasına 1994-cü ildə Azərbaycanda başlayan Sultan Hacıyev bacarıqlı "böhran meneceri” kimi tanınır. O, 2010-cu ilin aprelində Qırğızıstanda baş vermiş inqila, həmin ilin yayında ölkənin cənubundakı etnik toqquşmalar zamanı uğurlu fəaliyyəti, həmçinin Əfqanıstan, Yəmən və Cənubi Sudan kimi ölkələrdə gördüyü işlərlə tanınır.

Uzun müddət BMT-nin baş qərargahında çalışmış Sultan Hacıyev ölkəmizin bu qurumun İnkişaf Proqramı ilə e-idarəçilik sahəsindəki sıx əməkdaşlığına nail olub. Bundan başqa, Azərbaycanın uğurlu dövlət idarəçilik örnəklərinin oxşar inkişaf problemlərini yaşayan ölkələr üçün nümunə kimi göstərilməsini aktiv şəkildə təbliğ edir. Kabildə institusional inkişaf məsələləri üzrə baş müşavir işlədiyi zaman ölkəmizin BMT-nin strateji donoru kimi tanınmasına nail olub.

Qeyd etmək lazımdır ki, Azərbaycanda BMT İP-nin böyük marağına səbəb olmuş və təşkilatın xarici ölkələrdə tətbiq etmək istədiyi digər perspektiv istiqamətlərdən biri də ASAN xidmətidir. //azvision.az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol