• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda müharibə başlasa Rusiya qarışmayacaq - Ekspert

Qarabağda müharibə başlasa Rusiya qarışmayacaq - Ekspert
25.12.2014 12:22
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitinin sonunda üzv ölkələrin rəhbərləri regional məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıblar.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, KTMT-nin üzv ölkələri birgə bəyanatla da çıxış ediblər:

"Biz – KTMT üzvü olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacib olduğunu vurğulayaraq qeyd edirik ki, münaqişənin nizamlanması ilə bağlı  ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan işin beynəlxalq prinsiplər və normalar çərçivəsində, BMT Nizamnaməsi, Helsinki Yekun Aktına uyğun başa çatdırılması zəruridir”.

Rusiyalı hərbi ekspert Aleksandr Qoltsun sözlərinə görə, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə KTMT-nin təsir göstərəcək fəaliyyətini gözləmək mənasızdır. Onun fikrincə, Moskvada zaman-zaman belə söz-söhbət yayılır ki, Ermənistan və Azərbaycan diplomatları Rusiyada Qarabağ münaqişəsi ilə bağlı gizli diplomatiya ilə məşğuldurlar və müharibənin yenidən başlaması Moskva üçün faciə deməkdir:

"Aydındır ki, KTMT-nin daxilində münasibətlər kifayət qədər möhkəmdir, əgər razılaşmanın mahiyyətinə nəzər salsaq, onda müharibə başlayacağı təqdirdə Moskva Ermənistanı müdafiə edəcək, əgər Ermənistan ilə Azərbaycanın münasibətlərini nəzərə  alsaq, Rusiya da Azərbaycanla müharibəyə razılaşmaz, yeganə mümkün yol – bütün vasitələrlə hərbi əməliyyatların başlamasının qarşısını almaqdır”.

Moskvadakı Karnegi Fondunun eksperti Aleksey Malaşenko isə Rusiyanın Dağlıq Qarabağda yenidən alovlanacaq hərbi əməliyyatlara Moskvanın heç bir halda qarışmayacağına əmindir. Onun fikrincə, hərbi əməliyyatlar yenidən bərpa olunarsa,  Rusiyanın Ermənistandakı hərbi bazaları, eləcə də KTMT həlledici rol oynamayacaq. O, qəti əmindir ki, Ermənistan və Azərbaycan arasındakı müharibədə Rusiya ordusu iştirak etməyəcək.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol