• $
  • €
  • ₽
  • ₺
  • £

Putin yeni sərhədlər cızdı

Putin yeni sərhədlər cızdı
25.12.2014 18:22
Rusiya Federasiyası artıq Ermənistanı öz sərhədləri daxilinə salıb

Avrasiya İttifaqına daxil Qırğıstan və Ermənistan artıq Rusiya üçün xarici dövlət deyil, artıq onlar Rusiya sərhədlərinin daxilindədirlər. 

ANS PRESS-in məlumatına görə, bu fikir erməni jurnalist Haykazn Qaqriyanın bu gün yazdığı məqalədə vurğulanır. Vladimir Putinin keçirdiyi illik konfransda xaricdə yerləşən rus hərbi bazalarından danışarkən Gümrü bazasını unutmasını şərh edən jurnalist bildirib ki, Rusiya artıq yeni sərhədlərini müəyyənləşdirir. 

"Avrasiya İttifaqı iqtisadi yox, siyasi birlikdir. Daha doğrusu bu, yeni sərhədləri genişlənmiş Rusiyadır. Beləliklə, Putin indi Avrasiya İttifaqı adlandırılan Rusiyanın yeni sərhədlərini müəyyənləşdirir. Və o, artıq "ümumi” problem və məsələlərin - silahlı qüvvələr və maliyyə sistemi üzrə məsələlərin "həlli”nə başlayıb”,- deyə Qaqriyan vurğulayır. 

Avrasiya İttifaqının hərbi qüvvələrinin Rusiya müdafiə sisteminin idarə mərkəzinə tabe edilməsindən bəhs edən jurnalist birlik ölkələrinin həm də vahid valyutaya keçəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu məsələdə iki variant nəzərdə tutulur. Birinci variant Avrasiya İttifaqı üçün yeni vahid valyuta təsis etməkdən ibarətdir. İkinci variantda isə Avrasiya İttifaqı ölkələrinin hamısının Rusiya rubluna keçməsi nəzərdə tutulur. 

"Belə görünür ki, Moskva ikinci varianta təkid edəcək. Əgər Avrasiya İttifaqı tamamilə rubla keçərsə, onda Rusiya valyutasını sabitləşdirib xilas etmək mümkündür. Ümumiyyətlə, 1 yanvar 2015-ci il tarixdən Avrasiya İttifaqında bütün gömrük əqdləri istisna olaraq Rusiya rublunda gerçəkləşdiriləcək”,- deyə Hakazn Qaqriyan vurğulayır. 

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol