• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni yalanlarını ifşa olundu - Rus ekspert

Erməni yalanlarını ifşa olundu - Rus ekspert
26.12.2014 09:50
Ermənistan mediası dekabrın 24-dən 25-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində kəşfiyyat-diversiya cəhdi etdiyini bildirib. Ermənistan tərəfi bəyan edib ki, guya bu cəhdin qarşısı alınarkən Azərbaycan ordusu itki verib.  Lakin Azərbaycan Müdafiə Nazirliyi yayılan məlumatları Ermənistanın növbəti təxribatı adlandırıb və bu addımı informasiya müharibəsinin zəminində aparılan təbliğat kimi dəyərləndirib.

Cəbhə xəttində insidentin olması ilə bağlı ermənilərin tirajladığı informasiyaları Moskva Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzinin baş direktor müavini, politoloq Andrey Petrov şərh edib.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Andrey Petrov bildirib ki, Ermənistan qoşunların təmas xəttində gərginliyi artırır və sülh prosesi ilə bağlı aparılan danışıqlara zərbə vurur.  

Analitik vurğulayıb ki, hər hansı kəşfiyyat-diversiya hərəkətləri ilə bağlı faktları yoxlamaq çətin deyil. Onun sözlərinə görə hansı tərəf itki verirsə, həlak olan hərbçilərin cəsədləri ortada olmalıdır.

"Ermənistan Müdafiə Nazirliyinin bəyanatlarında isə buna oxşar nəsə deyilmir. Azərbaycan Müdafiə Nazirliyi isə qoşunların təmas xəttində ölüm halı olan kimi bunu açıqlayır”. Ekspert hesab edir ki, ATƏT diversiya hərəkətləri olduğu iddia olunan ərazilərdə yayılan xəbərləri təsdiq və ya təkzib etmək monitorinq apara bilər. Siyasi təhlilçi qeyd edib ki,  "diversiyalar” yalnız kağız üzərində qalır.

Politoloqun fikrincə, Ermənistanın kəşfiyyat cəhdlərinin olması ilə bağlı yaydığı  məlumatların məqsədi iqtisadi-sosial vəziyyətədən əziyyət çəkən erməni əhalisinin fikrini yayındırmaqdır.  

"Faktiki olaraq Qarabağ, fəlakətli iqtisadi vəziyyətdən əziyyət çəkən Ermənistan əhalisinin fikrinin yayındırılması üçün yaxşı mövzudur. Bu gün Ermənistanın yerli KİV-i günbəgün əhaliyə ölkədə böhran, işsizlik hökm sürməsi haqqında informasiyalar verir. Belə bir məqamda "bizdə şanlı ordu var və bu, diversiyanı zərərsizləşdirdi” kimi informasiyalar dövriyyəyə buraxılır. Çünki Ermənistanın özündə heç kəs bu cür məlumatları, xüsusilə Ermənistan ordusunda itkilərin olmadığı haqqında informasiyaları  yoxlamayacaq. Dağlıq Qarabağ münaqişəsi Ermənistan rəhbərliyinin imicinə müsbət təsir göstərir”,-deyə Andrey Petrov şərh edib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol