• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın qoşun yeritməsi istisna olunmur - Ekspert

Rusiyanın qoşun yeritməsi istisna olunmur - Ekspert
26.12.2014 09:59
"Amma prinsip etibarı ilə Rusiyanın Şərqi Gürcüstana qoşun yeritməsi istisna olunmur”.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Ərəstun Oruclu söyləyib.

O, Rusiyanın Şərqi Gürcüstana qoşun yeridib-yeritməməsinin nə dərəcədə real olmasını zamanın göstərəcəyini bildirib:

"2008-ci ildə Rusiya qoşunları Gürcüstana müdaxilə edəndə bu istiqamətdə fəaliyyəti müşahidə olunmuşdu. O zaman hərbi ekspertlər qeyd etmişdilər ki, bu, Rusiyanın gələcəkdə Cavaxetiya vasitəsilə Ermənistana çıxış əldə etməsi üçün hazırlıqdır. Rusiyanın Şərqi Gürcüstana qoşun yeridib-yeritməməsinin nə dərəcədə real olmasını zaman göstərəcək. İndiki şərait Rusiya üçün o qədər də ürəkaçan deyil. Həqiqətən ola bilər ki, Rusiya belə bir plan reallaşdırsın. Amma bu, bölgədə çox ciddi münaqişəyə səbəb olacaq. Söhbət həm də Avropa Birliyi ilə assosiativ üzvlük barədə saziş imzalamış Gürcüstandan gedir. Bilirsiniz ki, ABŞ da Gürcüstanla əməkdaşlıq barədə xüsusi bir proqrama malikdir. Həmin proqram faktiki olaraq NATO üzvlərinə şamil olunan, ona bərabər hesab olunan proqramdır. Rusiyanın belə bir addımı yalnız ekstremal şəraitin diktə elədiyi addım ola bilər. Bunun fəsadları böyük olacaq. Ukraynaya hücum etməyib müəyyən dəstələrin yardımından istifadə etməsi Rusiyaya belə baha oturdusa təsəvvür edin ki, Gürcüstana açıq müdaxilə nə ilə nəticələnəcək. Amma prinsip etibarı ilə Rusiyanın Şərqi Gürcüstana qoşun yeritməsi istisna olunmur. İllarionovun dediklərində müəyyən həqiqətlər var”.

Qeyd edək ki, bu gün açıqlama verən Putinin keçmiş məsləhətçisi Andrey İllarionov Rusiyanın Şərqi Gürcüstana Ermənistan və Qarabağa quru yolunu təmin etməkdən ötrü müdaxilə edə biləcəyini demişdi.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol