• $
  • €
  • ₽
  • ₺
  • £

Papa: "Bu Miladda daha çox göz yaşı var"

Papa: "Bu Miladda daha çox göz yaşı var"
26.12.2014 15:08
Dünən Papa Francesco Müqəddəs Peter Meydanında Milad çıxışı edib.

ANN.Az xəbər verir ki, Papa öz moizəsində Suriya və İraqdakı İŞİD zülmündən tutmuş Ebola epidemiyasına qədər bir çox mövzulara toxunub. Papa "Bu Miladda çox gözyaşı var" deyib. Daha sonra o, çıxışında bu fikirləri səsləndirib: "Hz. İsanın doğulduğu torpaqlarda uşaqlar bombardmanlar nəticəsində öldürülürlər. Onların gücsüz səssizliyi qılınclar altında inləyir. Müasir Hirodun (Hz. İsanı yox etmək üşün Beytullahimdəki bütün oğlan uşaqlarını öldürən yəhudi kralı) əllərində qan var".

Daha sonra İŞİD qırğınlarından bəhs edən papa Allaha üz tutaraq "Dünyanın sahibinə İraq və Suriyada digər etnik və dini qruplarla birlikdə acı çəkən və zülm görən qardaşlarımızı qorusun deyə dua edirəm" - yalvarıb.

Qeyd edək ki, papa bu çıxışından bir gün öncə Ərbil yaxınlarındakı Ankava kampındaki iraqlı xristianlara telefon edərək "Siz Milad gecəsindəki İsa kimisiniz. Onun da yeri yox idi və Misirə getmək məcburiyyətində qalmışdı" - deyib. Papa eyni zamanda Pakistanda Talibanın təşkil etdiyi məktəb terroru nəticəsində çoxu uşaq olmaqla öldürülənlərin ailələrinə səbr diləyib.

O, eyni zamanda öz çıxışında qadınların abort etdirmə mövzusuna toxunub: "Körpələr ana bətnində öldürülür. Bu həyata nifrət bəsləyən bir dünyagörüşüdür".

ANN.Az


Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol