• $
  • €
  • ₽
  • ₺
  • £

Obama: “3-4 ay əvvələ qədər Vaşinqtonda hər kəs əmin idi ki, Putin dahidir”

Obama: “3-4 ay əvvələ qədər Vaşinqtonda hər kəs əmin idi ki, Putin dahidir”
29.12.2014 18:18
"Rusiya iqtisadiyyatı yalnız neftə əsaslanır, bizim isə həm neftimiz, həm "iPad”ımız var”

"Rusiyaya Ukrayna məsələsində mövqeyini dəyişməsi üçün fasiləsiz təzyiq göstərilməsi taktikası düzgündür və nəticəsini verir”. APA-nın xəbərinə görə, bu sözləri ABŞ prezidenti Barak Obama NPR radiosuna müsahibəsində deyib.
 
"Mən demişdim ki, biz Rusiya ilə müharibə istəmirik, lakin biz avropalı tərəfdaşlarımızla birlikdə daimi təzyiq göstərə bilərik və Rusiyanın digər dövlətin suverenliyini pozmasına qarşı yaranacaq beynəlxalq koalisiyanın baş elementi ola bilərik. Mən xəbərdarlıq etmişdim ki, Rusiyanın daha əvvəl atdığı addımların yanlışlığı ortaya çıxacaq”, - deyə B. Obama söyləyib. O qeyd edib ki, bu mövqeyinə görə vaxtilə onu tənqidə məruz qoyanların bəziləri indi yəqin ki, prezidentin haqlı olduğunu etiraf edirlər.   

Dövlət başçısı bildirib ki, ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqinə qərar verərkən dərk edirdi ki, hansısa mərhələdə neftin qiymətinin ucuzlaşması da Moskvaya əlavə təzyiq faktoru ola bilər: "Xatırlayırsınızsa, hələ neftin qiymətinin kollapsından əvvəl Rusiya iqtisadiyyatı çətinliklərlə qarşılaşmışdı, kapitalın ölkədən çıxması müşahidə edilirdi. Bizim hesablamalarımız həm də qismən ona əsaslanırdı ki, Rusiya iqtisadiyyatını ayaqda tutan yeganə şey elə neftin qiymətidir. Hesab edirdik ki, qiymətlərin düşməsi bu il olmasa belə, gələn il və ya sonrakı il mütləq baş verəcək”.    

B. Obamanın sözlərinə görə, Vaşinqtonda anlayırdılar ki, sanksiyalarla neftin ucuzlaşmasının üst-üstə düşməsi elə bir vəziyyət yaradacaq ki, Rusiyanın bu cür situasiyadan çıxması çox çətin olacaq: "Ukrayna tipli problemlərdə ruslara münasibətdə qəti mövqe ortaya qoymaq, eyni zamanda əmin olmaq lazımdır ki, bizim öz maliyyə sistemimiz qaydasındadır və biz öz istehsal bazamızı qurmaq üçün lazım olan hər şeyi edirik. Ona görə də, son nəticədə Rusiya üzərində böyük üstünlüyümüz ondan ibarətdir ki, bizim dinamik, həyat qabiliyyətli iqtisadiyyatımız var, onların isə yoxdur. Onlar neftə əsaslanır, biz isə həm neftə, həm "iPad”a, həm filmlərə və s.-yə əsaslanırıq”.       
 
B. Obama onu da əlavə edib ki, 3-4 ay əvvələ qədər Vaşinqtonda hər kəs əmin idi ki, prezident Putin dahidir: "Bu gün isə bilirsinizmi, mənim hiss etdiyimə görə, ən azı Rusiyadan kənarda belə düşünən insanlar ola bilər ki, Putin o qədər də ağıllı addımlar atmayıb”. 

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol