• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada əhalinin sayı durmadan artır

Dünyada əhalinin sayı durmadan artır
02.01.2015 21:40
Birləşmiş Ştatların Əhalinin Siyahıya Alınması Bürosuna əsasən, 2015-ci ilin ilk günü dünya əhalisinin sayının 7,2 milyardı keçəcəyi gözlənilir. Bu, keçən ilin eyni vaxtı ilə müqayisədə bir faiz artım deməkdir. Büronun 2015-ci il yanvarın 1-i üçün verdiyi proqnozlara görə, Amerika Birləşmiş Ştatlarında əhalisinin sayı 320 milyon nəfərdən çox olacaq.

ABŞ-da əhalinin sayı hər səkkiz saniyədən bir yeni insanın anadan olması sayəsində durmadan artır. Eyni zamanda, əhalinin sayının artmasına mühacirət də öz təsirini göstərir: ölkədə hər 33 saniyədən bir yeni mühacir dünyaya gəlir. Əhalinin Siyahıya Alınması Bürosunun təxminlərinə əsasən, doğum, hər 12 saniyədən bir baş verən ölüm halları və mühacirət nəticəsində ABŞ əhalisinin sayı hər 16 saniyədə yeni insanın anadan olması ilə artır.

2015-ci ilin yanvar ayında dünya əhalisinin də sayının artacağı gözlənilir. Büronun proqnozlarına görə, yeni ilin ilk günündə hər saniyədə 4,3 doğum və 1,8 ölüm halı baş verəcək.

Çin dünyada əhalisi ən çox olan ölkə olaraq qalır. Çin əhalisinin sayı 1 milyard 300 milyondan artıqdır. Hindistan dünyada əhali sayına görə ikinci yerdədir. Ölkə əhalisinin sayı 1 milyard 200 milyon təşkil edir ("Amerikanın səsi").
 
ANN.Az
 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol